Şablon:Bilirsinizmi?

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:49, 28 iyun 2021 tarixli dəyişiklik
Rəfsan Həbibullayev2.jpg
  • 19 – 26 iyun 2021-ci il tarixində Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) Bakı Dövlət Universiteti nəzdindəki “Gənc istedadlar” liseyinin 10-cu sinif şagirdi Rəfsan Həbibullayev həvəsləndirici mükafata layiq görülüb.


Tofiq Ağahüseynov.JPG
  • 13 may 2021-ci il tarixdə görkəmli sovet və Azərbaycan hərbçisi, general-polkovnik Tofiq Ağahüseynov 98 yaşında Bakıda vəfat edib. O, SSRİ-də general-polkovnik rütbəsinə malik olmuş yeganə azərbaycanlı olub.


Qalib Rüstəmov
  • 10 aprel 2021-ci il tarixdə coğrafiya elmləri namizədi, AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi və Bakı Dövlət Universitetinin fiziki-coğrafiya kafedrasının müəllimi Qalib Rüstəmov 68 yaşında Bakıda vəfat edib.


  • 18 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Emin Məmmədovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.


Əhməd-Cabir Əhmədov


Qüdrət Məmmədov


Fərid Əlibalayev
  • 14 fevral 2021-ci il tarixdə Fərid Əlibalayev 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının bütün səhifələrini Naqi Məhəmmədzadə ilə birlikdə Elmi Spektr açıq elmi platformasının Habitat Tərcümə Layihəsi çərçivəsində dijitallaşdırılaraq internetə tam yerləşdirdiklərini bəyan edib.


Sadıq Murtuzayev
  • 4 fevral 2021-ci il tarixdə Azərbaycan sovet partiya xadimi, filologiya elmləri namizədi, müxtəlif illərdə Azərbaycan KP Abşeron rayon, Şəki şəhər və Ağdam rayonun partiya komitələrinin birinci katibi olmuş Sadıq Murtuzayev 93 yaşında vəfat edib.
Şablondan istifadə təlimatı[yarat]
Arxiv>>