Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:15, 27 may 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Fuad Əbdürəhmanov2.jpg
  • 25 may 2022-ci il tarixdə Nizami Kino Mərkəzində (Bakı) görkəmli heykəltəraş-monumentalist Fuad Əbdürrəhmanov (1915–1971) haqqında “Monumental həyat” sənədli filminin təqdimatı olub.


Rəfsan Həbibullayev5.png
  • 20 – 24 may 2022-ci il tarixləri arasında Lyublyanada (Sloveniya) keçirilmiş Avropa Fizika Olimpiadasında Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev bürünc medal qazanıb.


Səməd Nəbiyev2.jpeg


Teymur Rüstəmov0.jpg
  • 16 aprel 2022-ci il tarixdə Qapar Aytiyev adına Qırğızıstan Milli İncəsənət Muzeyində (Bişkek) tanınmış heykəltəraş Teymur Rüstəmovun fərdi yaradıcılıq sərgisi açılıb.


Süleyman Süleymanlı2.jpg
  • 10 – 16 aprel 2022-ci il tarixləri arasında Naxçıvan şəhərində keçirilmiş beynəlxalq “Second Sunday” (İM tournament – beynəlxalq usta normativi) şahmat turnirində Şəki Şahmat Məktəbinin yetirməsi, FİDE Ustalığa namizədi Süleyman Süleymanlı 9 oyundan 7 xal toplayaraq turnirin qalibi olub. Bununla yanaşı Süleymanlı Süleymanlı FM (FİDE Ustası) adını da əldə edib.


  • 12 aprel 2022-ci il tarixdə tanınmış kimyaçı alim, Ayova Universitetinin (ABŞ) əməkdaşı Həkim Muradov – 63 yaşında, ABŞ-ın Şimali Karolina ştatının paytaxtı Roli (ing.: Raleigh) şəhərində vəfat edib. O, 29 oktyabr 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Küngüt kəndində anadan olmuşdu və 1998-ci ildən həmin universitetdə işləyirdi.


Elvin Məmmədov.jpg
  • 8 aprel 2022-ci il tarixdə “Lipetsksement” Səhmdar Cəmiyyətinin (Rusiya Federasiyası) baş direktoru Elvin Məmmədov Şəki rayonunun Baş Küngüt kənd qəbiristanlığında dəfn edilib. O, 3 aprel 2022-ci il tarixdə Moskvada Lipetskiyə qayıtmaq üçün dəmir yol vağzalında qatar gözləyərkən qəflətən ürək tutmasından 36 yaşında vəfat etmişdir.


Kamil Adışirinov2.jpg
  • 30 mart 2022-ci il tarixdə filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilib.


Gulnaz Salamova.jpg


Albert Mustafayev 2019b.jpg
  • 4 mart 2022-ci il tarixdə tanınmış heykəltəraş, Azərbaycan SSR əməkdar rəssamı, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi Albert Mustafayev 91 yaşında Bakıda vəfat edib. Elə həmin gün Şəkidə Çöl qəbiristanlığında dəfn edilib.
Şablondan istifadə təlimatı[yarat]
Xəbərlər arxivi>>