Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:52, 13 oktyabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Süleyman Süleymanlı2.jpg
  • 2 – 10 oktyabr 2022-ci il tarixləri arasında Naxçıvanda keçirilmiş 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında, heyətində Şəki şahmat məktəbinin yetirməsi, Şəki şəhər 5 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi və FİDE ustası Süleyman Süleymanlının da yer aldığı “Azərbaycan-1” komandası 3-cü yeri tutub.


Osman Abdullayev1.jpg
  • 24 sentyabr 2022-ci il tarixdə arıçılıq üzrə ixtisaslaşmış tanınmış zootexnik Osman Abdullayev 92 yaşında, vəfat edib.


Səbuhi Əhmədov2.jpg
Fərid Lətifov.jpg
Nihat Qasımov.jpg


Gülyanaq Məmmədova.jpg
  • 30 avust 2022-ci il tarixdə Özbəkistan Respublikasının prezidenti Şəfkət Mirziyəyev Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının xalq artisti” fəxri adını verib.


Ceyhun Əhmədxanov.jpg
  • 17 avqust 2022-ci il tarixdə, ölümündən sonra tibb xidməti kapitanı Ceyhun Əhmədxanov (1988–2021) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.


Azər Usubov3.jpg
  • 4 avqust 2022-ci il tarixdə Azər Yusubov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Regional Mədəniyyət İdarəsinə rəis təyin olunub.


Məcid Əliyev.jpg
  • 1 avqust 2022-ci il tarixdən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Şəki Rayon Mərkəzi Xəstəxanasının direktoru Məcid Əliyevdir. O, buna qədər — 2019 – 2022-ci illərdə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışmışdır.


Məhərrəm Cəbrayılov.jpg
  • 14 iyul 2022-ci il tarixdə internet-mediada yayılmış məlumata görə Bakı Mühəndislik Universitetinin məzunu Məhərrəm Cəbrayılov təhsilini illik 28 000 ABŞ dolları məbləğində təqaüdlə ABŞ-ın Luiziyana Dövlət Universitetində davam etdirəcəkdir. O, Şəki Hazırlıq Mərkəzinin 2015-ci il məzunudur.


Aydın Məmmədov5.jpg
  • 6 iyul 2022-ci il tarixdə Şəki Ensiklopediyasının sahibi və baş redaktoru Aydın Məmmədov Şəkinin tarixi ilə bağlı çıxış etmək üçün İctimai Radioya dəvət olunub. Onun çıxışı sabahı gün – 7 iyulda, saat 15:00 radələrində, 8 iyulda isə 21:00 radələrində efirə gedib.


Rəfsan Həbibullayev5.png
  • 1 iyul 2022-ci il tarixdə Rəfsan Həbibullayev Cənubi Koreyanın KAİST Universitetinin tələbələri sırasına qəbul olunub. Daha əvvəl beynəlxalq fənn olimiyadalarında qazandığı uğurları ona təhsilini dünyanın istənilən aparıcı təhsil müəssisələrindən birində və təqaüdlə davam etdirmək imkanı yaradırdı və o da bu universiteti seçmişdir.
Şablondan istifadə təlimatı[yarat]
Xəbərlər arxivi>>