Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:44, 3 yanvar 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search


  • 2 yanvar 2022-ci il tarixdə Əli Məsimli 70 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.


Habil Xəlilov.jpg


Abid Çələbi.jpg
  • 22 dekabr 2022-ci il tarixdə Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin kamança ixtisası üzrə 2022-ci il məzunu və Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının 9-cu sinif şagirdi Abid Çələbi mədəniyyət və incəsənət sahəsində uğurlarına görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Qalib ölkənin qalibləri 2022” diplomu ilə təltif olunub.


Süleyman Süleymanlı2.jpg
  • 15 – 21 dekabr 2022-ci il tarixləri arasında “Təhsil” RİM-in Bakıda keçirdiyi 16 yaşlı məktəblilərin şahmat üzrə respublika birinciliyində Şəki Uşaq Gənclər Şahmat Məktəbinin müdavimi və Şəki şəhər 5 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdi FİDE ustası Süleyman Süleymanlı birinci yeri tutub.



Sheki khan mescidi.jpg
  • 2 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki Xan məscidində aparılmış bərpa işləri ilə tanış olublar.


Məmmədov Rəhman Elmaz oğlu.jpg
  • 21 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.


Azad Cəfərli.jpg
  • 17 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təyin edilib.


Vətən müharibəsinin Anım Gününün rəmzi olan Xarı bülbül.png
Şablondan istifadə təlimatı[yarat]
Xəbərlər arxivi>>