Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:03, 14 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nadir Əhmədov
  • Azərbaycan Respublikasının sabiq rabitə naziri Nadir Əhmədov 10 may 2020-ci il tarixdə 80 yaşında vəfat edib. O, 1940-cı ildə Nuxa rayonunun Aşağı Göynük kəndində anadan olmuşdu. 1985-ci ildən 1997-ci ilədək rabitə nazirinin müavini, 1997-ci ildən 2004-cü ilədək isə rabitə naziri olub.


Vüqar Kərimov
  • 2 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vüqar Kərimovu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini vəzifəsinə təyin edib. Vüqar Kərimov 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub.


Perviz Abbasov
  • 28 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş “Yeni Klinika”nın direktoru – tibb üzrə elmlər doktoru Pərviz Abbasov, əslən Şəkidəndir. O, 1981-ci ildə Şəkidə anadan olub, daha əvvəl — 2017 – 2020-ci illərdə “Caspian İnternational Hospital”ın baş həkimi idi.


Aydın Süleymanlı, Moskva 27 fevral 2020-ci il
  • 27 fevral 2020-ci il tarixdə yeniyetmə Azərbaycan şahmatçısı Aydın Süleymanlı Moskvada keçirilmiş “Aeroflot open 2020” beynəlxalq şahmat festivalının A turnirində 9 turdan 6,5 xal toplayaraq qalib olub. O, 2019-cu ilin oktyabr ayında isə Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında 14 yaşlı oğlanlar arasında Dünya çempionu olmuş və Beynəlxalq Usta adını qazanmışdır. Aydın Süleymanlı Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitutunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.


Asger Xalilov.jpg
  • 27 fevral 2010-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini və Sərhəd Qoşunları komandanı general-leytenant Əsgər Xəlilov “Rəşadət” ordeni ilə təltif edilib və hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb. O, 4 may 1955-cu tarixdə Nuxada anadan olmuşdur.


Yusif Kərimli.jpg
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 13 yanvar 2020-ci il tarixdə keçirdiyi 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan idmançılarının əvvəlki ildəki müvəffəqiyyətlərinə toxunarkən şəkili yeniyetmə şahmatçı Yusif Kərimlinin də adını çəkib.
Şablondan istifadə təlimatı[yarat]