Şahid İsmayılov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Şahid İsmayılov
İsmayılov Şahid Nəzir oğlu
Şahid İsmayılov
Şahid İsmayılov.
Doğum tarixi 8 yanvar 1959 (1959-01-08) (65 yaş)
Doğum yeri Baş Şabalıd, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili

 • Şəki Pedaqoji Texnikumu (1974–1978)

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, ümumi texniki fənlər fakültəsi (1978–1982)
facebook səhifəsi

Şahid İsmayılovŞəki Dövlət Regional Kollecinin tərkibində fəaliyyət göstərən Şəki Texniki Kollecinin rəhbəri.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

8 yanvar 1959-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Şabalıd kəndində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1974-cü ildə Baş Şabalıd kənd səkkizillik məktəbini tərifnamə ilə bitirib.

1974 – 1978-ci illərdə Şəki Pedaqoji Texnikumunda,

1978 – 1982-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ümumi texniki fənlər fakültəsində təhsil alıb.

Hərbi xidmət[Vizual redaktə | HTML redaktə]

1983 – 1984-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1982-ci ildən Şəki Pedaqoji Texnikumunda müəllim kimi əmək fəaliyyətinə başlayıb.

2022-cı ildən Şəki Dövlət Regional Kollecinin tərkibində fəaliyyət göstərən Şəki Texniki Kollecinin rəhbəridir.

İctimai-siyasi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1996-cı ildən YAP-ın üzvüdür. Həmin ildən onun təşəbbüsü və təşkilatçılığı ilə sədr özü olmaqla Yeni Azərbaycan Partiyası Şəki təşkilatının Yuxarıbaş Ərazi İlk Təşkilatı və Baş Şabalıd Kənd Ərazi İlk Təşkilatı yaradılıb.

2019-cu il bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyi irəli sürülüb, lakin seçilməyib.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Ailəlidir, üç övladı var.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
  2. "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]