Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əşrəf Məmmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əşrəf Məmmədov
Məmmədov Əşrəf İsrafil oğlu
Əşrəf Məmmədov
Əşrəf Məmmədov, 2015.
Doğum tarixi 20 noyabr 1949 (1949-11-20) (74 yaş)
Doğum yeri Vərəzət, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, kiçik zootexnik ixtisası

 • S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, alim-zootexnik ixtisası, qiyabi
Mükafatları "Azərbaycan SSR əməkdar zootexniki" fəxri adı
Adının digər versiyaları Aşraf Mammadov, Eşref Memmedov, Aşref Mammadov, Eşraf Mammadov, Eşref Mammadov, Aşref Memmedov, Eşraf Memmedov, Ашраф Мамедов, Эшреф Мамедов, Эшраф Мамедов, Әшрәф Мәммәдов

Əşrəf Məmmədov — kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis və rəhbər kadr, Azərbaycan SSR əməkdar zootexniki. Müxtəlif illərdə Şəki şəhər icra hakimiyyətinin və Sabirabad rayon icra hakimiyyətinin başçısı vəzifəsində və digər məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

20 noyabr 1949-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Vərəzət kəndində anadan olub.

Təhsili

Vərəzət kənd orta məktəbini, Zaqatala Kənd Təsərrüfatı Texnikumunu və S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1970-ci ilədək “Şəfəq” kolxozunun briqadirliyindən “Azərdamazlıq” İstehsalat-Elm Birliyinin baş direktoru vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb.

1970 – 1975-ci illərdə Şəki rayon Aqrar-Sənaye Birliyinə rəhbərlik edib.

1980 – 1986-cı illərdə Şəki rayon Xalq Deputatları Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

1986-cı ildən Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin baş heyvandarlıq məhsulları istehsalı və emalı idarəsi rəisinin müavini,

1988-ci ildən Azərbaycan İstehsalat-Elm Damazlıq Heyvandarlıq Birliyinin baş direktoru,

1998 – 2004-cü illərdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı,

2004 – 2005-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı olub.

2016-cı ildən “Şami keçi ferması” MMC-nin rəhbəridir.

Təltif və mükafatları

İctimai-siyasi fəaliyyəti

1975-ci ildən Sov.İKP üzvü olub.

1990-cı ildə 327 nömrəli Baş Zəyzid seçki dairəsindən XII çağırış Azərbaycan SSR Ali Sovetinin xalq deputatı seçilib.

Ədəbiyyat

  1. Əşrəf İsrafil oğlu Məmmədov (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959–1960). — Səh. 2.
  2. Məmmədov Ə., Xalıqov F. Məmmədov Əşrəf // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 369-370. — 1.000 nüsx.

Həmçinin, bax: