Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əşrəf Məmmədov

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) (→‎İctimai-siyasi fəaliyyəti) tərəfindən edilmiş 14:08, 19 noyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
......
Əşrəf Məmmədov
Məmmədov Əşrəf İsrafil oğlu
Əşrəf Məmmədov
Əşrəf Məmmədov, 2015.

Əşrəf Məmmədov — kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis və rəhbər kadr, Azərbaycan SSR əməkdar zootexniki. Müxtəlif illərdə Şəki şəhər icra hakimiyyətinin və Sabirabad rayon icra hakimiyyətinin başçısı vəzifəsində və digər məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

20 noyabr 1949-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Vərəzət kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

Vərəzət kənd orta məktəbini, Zaqatala Kənd Təsərrüfatı Texnikumunu və S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1970-ci ilədək “Şəfəq” kolxozunun briqadirliyindən “Azərdamazlıq” İstehsalat-Elm Birliyinin baş direktoru vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb.

1970 – 1975-ci illərdə Şəki rayon Aqrar-Sənaye Birliyinə rəhbərlik edib.

1980 – 1986-cı illərdə Şəki rayon Xalq Deputatları Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

1986-cı ildən Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin baş heyvandarlıq məhsulları istehsalı və emalı idarəsi rəisinin müavini,

1988-ci ildən Azərbaycan İstehsalat-Elm Damazlıq Heyvandarlıq Birliyinin baş direktoru,

1998 – 2004-cü illərdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı,

2004 – 2005-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı olub.

2016-cı ildən “Şami keçi ferması” MMC-nin rəhbəridir.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1975-ci ildən Sov.İKP üzvü olub.

1990-cı ildə 327 nömrəli Baş Zəyzid seçki dairəsindən XII çağırış Azərbaycan SSR Ali Sovetinin xalq deputatı seçilib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Əşrəf İsrafil oğlu Məmmədov (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959–1960). — Səh. 2.
  2. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 369-370. — 1.000 nüsx.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[HTML redaktə]

...