Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Əbdüləli Hacıyev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Əbdüləli Hacıyev
Hacıyev Əbdüləli Məmməd oğlu
Əbdüləli Hacıyev
Əbdüləli Hacıyev.

Əbdüləli Hacıyev (1920–1998) — əməkdar rabitəçi, mühəndis-polkovnik. Uzun müddət Azərbaycan SSR DTK-nın hökumət rabitəsi şöbəsinə rəhbərlik etmişdir.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

29 sentyabr 1920-ci il tarixdə Nuxada (indiki Şəki) sənətkar ailəsində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini bitirib.

1938 – 1941 və 1946 – 1948-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.

Hərbçi və əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1941-ci ilin avqust ayında Bakı şəhər Dzerjinski Rayon Hərbi Komissarlığından hərbi xidmətə qəbul edilib. Böyük Vətən müharibəsində iştirak edib və yaralanıb.

2 iyul 1946-cı il tarixdə ordudan tərxis edilib.

1948 – 1952-ci illərdə “Azenerji”də baş mühəndis vəzifəsində çalışıb.

1952-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə xidmətə götürülüb.

1959 – 1987-ci illərdə Azərbaycan SSR DTK-nın hökumət rabitəsi şöbəsinə rəhbərlik edib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Orden, medal, diplom və fəxri fərmanlarla təltif olunub.

“Azərbaycan SSR Əməkdar rabitəçisi” fəxri adı (1977).

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

26 fevral 1998-ci il tarixdə – 77 yaşında, Bakıda vəfat edib. Şəkidə Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Гаджиев Абдулали Мамед-оглы : [arx. 16.11.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 16.11.2023.
  2. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 158. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Bildiriş[HTML redaktə]

...

...