Abdulla İbrahimov
Abdulla İbrahimov | |
---|---|
İbrahimov Abdulla Cabbar oğlu | |
![]() | |
Abdulla İbrahimov. |
Abdulla İbrahimov (1943–2013) — kimya elmləri namizədi, Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının dosenti. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Səyyad İbrahimovun (1936–2016) kiçik qardaşıdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
31 oktyabr 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1961-ci ildə Nuxa şəhər 3 №-li orta məktəbini bitirib.
1961 – 1967-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft mexanikası fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1967-ci ildən M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun yüksək molekullu birləşmələrin texnologiyası kafedrasında assistent,
1970-ci ildən isə baş elmi işçi vəzifəsində çalışıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1960-cı ildə “Butil kauçukun xlorlaşma və sulfoxlorlaşma proseslərinin tədqiqi” mövzusunda Azərbaycan SSR EA-nın müxbir üzvü, professor M.M.Hüseynov və professor F.V.Məmmədovun rəhbərliyi altında “Kiçik molekullu olefinlərin alınması və emalı” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edib.
100-dən artıq elmi məqalənin, o cümlədən 8 müəlliflik şəhadətnaməsinin, 3 Rusiya, 4 Azərbaycan patentinin müəllifidir. Xarici ölkələrdə 4 elmi işi çap olunub.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
“SSRİ ixtiraçısı” döş nişanı.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
22 fevral 2013-cü il tarixdə – 69 yaşında, Bakıda vəfat edib.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 271-273. — 1.000 nüsx.
Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]
...