Abdulla İbrahimov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Abdulla İbrahimov
İbrahimov Abdulla Cabbar oğlu
Abdulla İbrahimov
Abdulla İbrahimov.
Doğum tarixi 31 oktyabr 1943(1943-10-31)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 fevral 2013 (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi kimya
İş yeri Azərbaycan Dövlət Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)
Elmi dərəcəsi kimya elmləri namizədi
Elmi adı dosent
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, neft mexanikası fakültəsi (1961–1967)
Adının digər versiyaları Абдулла Ибрагимов, Абдулла Ибрахимов, Абдулла Ибраһимов

Abdulla İbrahimov (1943–2013) — kimya elmləri namizədi, Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının dosenti. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Səyyad İbrahimovun (1936–2016) kiçik qardaşıdır.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

31 oktyabr 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1961-ci ildə Nuxa şəhər 3 №-li orta məktəbini bitirib.

1961 – 1967-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft mexanikası fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1967-ci ildən M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun yüksək molekullu birləşmələrin texnologiyası kafedrasında assistent,

1970-ci ildən isə baş elmi işçi vəzifəsində çalışıb.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1960-cı ildə “Butil kauçukun xlorlaşma və sulfoxlorlaşma proseslərinin tədqiqi” mövzusunda Azərbaycan SSR EA-nın müxbir üzvü, professor M.M.Hüseynov və professor F.V.Məmmədovun rəhbərliyi altında “Kiçik molekullu olefinlərin alınması və emalı” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edib.

100-dən artıq elmi məqalənin, o cümlədən 8 müəlliflik şəhadətnaməsinin, 3 Rusiya, 4 Azərbaycan patentinin müəllifidir. Xarici ölkələrdə 4 elmi işi çap olunub.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

“SSRİ ixtiraçısı” döş nişanı.

Vəfatı[Vizual redaktə | HTML redaktə]

22 fevral 2013-cü il tarixdə – 69 yaşında, Bakıda vəfat edib.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. İbrahimov Abdulla // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 271-273. — 1.000 nüsx.