"Allahverdi Həsənov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 8: | Sətir 8: | ||
|Şəklin izahı = Allahverdi Həsənov. | |Şəklin izahı = Allahverdi Həsənov. | ||
|Doğum tarixi = {{Doğum tarixi və yaşı|1957|2|16}} | |Doğum tarixi = {{Doğum tarixi və yaşı|1957|2|16}} | ||
− | |Doğum yeri = [[Kiş]], [[Nuxa rayonu]], {{AzSSR}}, {{SSRİ}} | + | |Doğum yeri = [[Kiş]], [[Nuxa| (indiki Şəki) rayonu]], {{AzSSR}}, {{SSRİ}} |
|Vəfat tarixi = | |Vəfat tarixi = | ||
|Vəfat yeri = | |Vəfat yeri = | ||
Sətir 40: | Sətir 40: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
− | 16 fevral 1957-ci il tarixdə [[Nuxa | + | 16 fevral 1957-ci il tarixdə [[Nuxa| (indiki Şəki) rayonunun]] [[Kiş|Kiş kəndində]] anadan olub. |
===Təhsili=== | ===Təhsili=== |
22:53, 1 oktyabr 2021 versiyası
Allahverdi Həsənov | |
---|---|
Həsənov Allahverdi Biyakir oğlu | |
Allahverdi Həsənov. | |
Doğum tarixi | 16 fevral 1957 |
Doğum yeri | Kiş, (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA İdarəetmə Sistemləri İnstitutu, 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsi (şöbənin müdiri) |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1973–1978) • Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutu, aspirantura (1980–) |
Allahverdi Həsənov — texnika elmləri doktoru, professor, AMEA İdarəetmə Sistemləri İnstitutunun 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsinin müdiri.
Haqqında məlumatlar
16 fevral 1957-ci il tarixdə (indiki Şəki) rayonunun Kiş kəndində anadan olub.
Təhsili
1973-cü ildə Kiş kənd 1 №-li orta məktəbini bitirib.
1973 – 1978-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1980-cı ildə Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutunun aspiranturasına daxil olub.
Əmək fəaliyyəti
1978-ci ildə təyinat üzrə Azərbaycan SSR EA Mexanika Riyaziyyat İnstitutunun riyazi modelləşdirmə üzrə xüsusi konstruktor bürosunda işə başlayıb.
1992-ci ildən AMEA İdarəetmə Sistemləri İnstitutunda sektor və laboratoriya rəhbəri vəzifəsində çalışmış, daha sonra isə 3 saylı İdarəetmə üsulları və modelləşdirmə şöbəsinin müdiri olmuşdur.
İkinci iş yerləri
Azərbaycan Memarlıq və İnşaat Universitetində professor (0,5 ştat) vəzifəsində çalışır.
Elmi fəaliyyəti
1984-cü ildə deformasiya edən bərk cisimlərin mexanikası ixtisası üzrə “Özlü elastik mühitlərdə qərarlaşmamış istilik mexaniki dalğaların yayılmasının bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyasını,
2005-ci ildə “Mexaniki sistemlərin xarici qeyri-stasionar təsirlərə reaksiyasının riyazi modelləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Çapdan çıxmış 140 elmi əsərin (28-si xarici ölkədə çap olunmaqla) müəllifidir. 4 fəlsəfə doktorunun elmi rəhbəri olub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Həsənov Allahverdi // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 236-237. — 1.000 nüsx.
- "İdarəetmə Sistemləri İnstitutu elmlər doktorları/Həsənov Allahverdi Biyakir oğlu". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 23 Sep 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |