Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Aydın Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 11:40, 17 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Aydın Əhmədov
Əhmədov Aydın Qaffar oğlu
Aydın Əhmədov
Aydın Əhmədov
Doğum tarixi 20 iyun 1934(1934-06-20)
Doğum yeri Nuxa, Nuxa rayovu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 1 dekabr 2009 (75 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi geofizika
İş yeri Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutu
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru

Aydın Əhmədov (Əhmədov Aydın Qaffar oğlu; d. 20 iyun 1934-cü ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ − ö. 1 dekabr 2009-cu il, Bakı, Azərbaycan Respublikası) — geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutunun sabiq laboratoriya müdiri, Amerika geoloq-neftçi cəmiyyətinin üzvü, “Şəkidən başlandı uzaq səfərlər” elmi-populyar kitabının müəllifi.

Haqqında məlumatlar

1934-cü ildə Nuxada anadan olub.

Təhsili

1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.

1962 – 1965-ci illәrdә Moskvada Ümumittifaq Geofizika ETİ-nin aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1958 – 1962-ci illərdə Türkmənistanda, Özbəkistanda və Rusiyada (Sibirdə) geoloji-geofiziki kəşfiyyat ekspedisiyalarında çalışıb.

1965 – 1971 illәrdә Azәrbaycan SSR EA Geologiya İnstitutunun baş mühәndisi, elmi işçisi,

1971 – 2007-ci illәrdә Geofizika ETİ-nin baş elmi işçisi, laboratoriya müdiri, aparıcı elmi işçisi vәzifәlәrindә çalışıb.

Elmi fəaliyyəti

1968-ci ildə namizədlik,

1991-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib.

100-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın, 9 ixtiranın müәllifidir.

Əsas elmi nailiyyətləri

Elmi fəaliyyəti əsasən neft kəşfiyyatı problemlərinə həsr olunub. O, neft və qaz kəşfiyyatı üçün tomoqrafiya prinsipi əsasında yeni üsul - “Sınan dalğalarla dinamik eninə profilləmə metodu”nu kəşf etmişdir. Bu üsulla Qərbi Özbəkistanda 21 qaz və “Şəki” adlandırılmış neft yatağı tapılmışdır.

Əsas elmi əsərlərinin adları

1.Geofiziki məlumatlar və onların interpretasiyası, Bakı, "Qanun", 2001. [1]

İstifadə edilmiş mənbələr