Aydın Kaşiyev

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydın Kaşiyev
Kaşiyev Aydın Rizvan oğlu
Aydın Kaşiyev
Aydın Kaşiyev, 1997-ci il.
Doğum tarixi 20 aprel 1933(1933-04-20)
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 22 avqust 2000 (67 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Şəki, Sona qəbiristanlığı
Uşağı Ləman Kaşiyeva
Atası Rizvan Kaşiyev
Anası Rübabə Hüseynova
Təhsili

 • Azərbaycan Politexnik İnstitutu (–1956)

 • Sov.İKP yanında Ali Partiya Məktəbi (–1964)
Mükafatları Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Aydın Kaşiyev (1933–2000) — 1967 – 1970-ci illərdə Azərbaycan KP Nuxa/Şəki şəhər komitəsinin birinci katibi olmuş, həmçinin, 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş şəxs.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

20 aprel 1933-cü il tarixdə Bakıda anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu,

1964-cü ildə isə Sov.İKP yanında Ali Partiya Məktəbini bitirib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

Aydın Kaşyev 1967-ci ildə (“İpəkçi” qəzetində dərc olunmuş foto).

1956 – 1959-cu illərdə Azərbaycan dəmir yolunda stansiya növbətçisi, dispetçer, stansiya rəisinin baş köməkçisi, mühəndis vəzifələrində işləyib.

1960-ci ildə Azərbaycan KP MK-ya, təlimatçı vəzifəsinə irəli çəkilib.

1964 – 1967-ci illərdə Azərbaycan KP MK-nın partiya orqanları şöbəsində əvvəl məsul təşkilatçı, sonra isə inspektor vəzifəsində çalışıb.

17 fevral 1967-ci il tarixdən 1970-ci ilin oktyabrına qədər Nuxa/Şəki şəhər komitəsinin birinci katibi olub.

İctimai aktivliyi[Vizual redaktə | HTML redaktə]

Azərbaycan dəmir yolunda işləyərkən (1956 – 1959) bir neçə dəfə ilk komsomol və partiya təşkilatlarına katib seçilib.

1967-ci ildə Nuxa rayonundan Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Ali Sovetdə sənaye, nəqliyyat və rabitə komissiyasının üzvü olub.

Vəfatı[Vizual redaktə | HTML redaktə]

22 avqust 2000-ci il tarixdə – 67 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub.

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Atası Rizvan Kaşiyev Nuxada və Bakıda uzun müddət müəllim işləmişdir.

Anası Rübabə Hüseynova həkim olub.

Qızı Ləman Kaşiyeva Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir.

Həmçinin, bax:[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Birinci katib (azərb.) // İpəkçi : qəzet. — Nuxa, 1967. — В. 11 mart. — № 8 (874). — Səh. 1.
  2. Məmmədov Ə., Xalıqov F. Kaşiyev Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 212-213. — 600 nüsx. — ISBN 5-8066-1708-4.