Aydın Kaşiyev
Aydın Kaşiyev (1933–2000) — 1967 – 1970-ci illərdə Azərbaycan KP Nuxa/Şəki şəhər komitəsinin birinci katibi olmuş, həmçinin, 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş şəxs.
Aydın Kaşiyev | |
---|---|
Kaşiyev Aydın Rizvan oğlu | |
![]() | |
Aydın Kaşiyev, 1997-ci il. | |
Doğum tarixi | 20 aprel 1933 |
Doğum yeri |
Bakı, ![]() ![]() ![]() |
Vəfat tarixi | 22 avqust 2000 (67 yaşında) |
Vəfat yeri |
Şəki, ![]() ![]() |
Dəfn yeri | Şəki, Sona qəbiristanlığı |
Uşağı | Ləman Kaşiyeva |
Atası | Rizvan Kaşiyev |
Anası | Rübabə Hüseynova |
Təhsili |
• Azərbaycan Politexnik İnstitutu (–1956) • Sov.İKP yanında Ali Partiya Məktəbi (–1964) |
Mükafatları |
![]() |
Haqqında məlumatlarRedaktə
20 aprel 1933-cü il tarixdə Bakıda anadan olub.
TəhsiliRedaktə
1956-cı ildə Azərbaycan Politexnik İnstitutunu,
1964-cü ildə isə Sov.İKP yanında Ali Partiya Məktəbini bitirib.
Əmək fəaliyyətiRedaktə
1956 – 1959-cu illərdə Azərbaycan dəmir yolunda stansiya növbətçisi, dispetçer, stansiya rəisinin baş köməkçisi, mühəndis vəzifələrində işləyib.
1960-ci ildə Azərbaycan KP MK-ya, təlimatçı vəzifəsinə irəli çəkilib.
1964 – 1967-ci illərdə Azərbaycan KP MK-nın partiya orqanları şöbəsində əvvəl məsul təşkilatçı, sonra isə inspektor vəzifəsində çalışıb.
17 fevral 1967-ci il tarixdən 1970-ci ilin oktyabrına qədər Nuxa/Şəki şəhər komitəsinin birinci katibi olub.
İctimai aktivliyiRedaktə
Azərbaycan dəmir yolunda işləyərkən (1956 – 1959) bir neçə dəfə ilk komsomol və partiya təşkilatlarına katib seçilib.
1967-ci ildə Nuxa rayonundan Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Ali Sovetdə sənaye, nəqliyyat və rabitə komissiyasının üzvü olub.
VəfatıRedaktə
22 avqust 2000-ci il tarixdə – 67 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub.
AiləsiRedaktə
Atası Rizvan Kaşiyev Nuxada və Bakıda uzun müddət müəllim işləmişdir.
Anası Rübabə Hüseynova həkim olub.
Qızı Ləman Kaşiyeva Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir.
Həmçinin, bax:Redaktə
ƏdəbiyyatRedaktə
- Birinci katib (azərb.) // İpəkçi : qəzet. — Nuxa, 1967. — В. 11 mart. — № 8 (874). — Səh. 1.
- Məmmədov Ə., Xalıqov F. Kaşiyev Aydın // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 212-213. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |