Aydın Məmmədov (filoloq)

Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:23, 16 yanvar 2021 tarixli dəyişiklik

Aydın Məmmədov (1944 – 1991) — ictimai-siyasi xadim, türkoloq. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş və Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyətinin üzvü olmuşdur.

AYDIN MƏMMƏDOV
Məmmədov Aydın Mirsaleh oğlu
AYDIN MƏMMƏDOV
Doğum tarixi 16 yanvar 1944(1944-01-16)
Doğum yeri Kiş, Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat tarixi 19 aprel 1991 (47 yaşında)
Vəfat yeri Balakən, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat səbəbi Avtomobil qəzası

Haqqında məlumatlar

16 yanvar 1944-cü il tarixdə Nuxa rayonunun Kiş kəndində anadan olub.

Təhsili

1960-cı ildə Oxud kənd məktəbini qızıl medalla, bitirib.

1965-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1969-cu ildən isə təhsilini SSRİ EA Dilçilik İnstitutunun türk dilləri bölməsinin aspiranturasında davam etdirib.

Əmək fəaliyyəti

1970 – 1990-cı illərdə Azərbaycan SSR EA-nın əvvəl Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, ümumi və tipoloji şöbənin dilçilik şöbəsinin müdiri vəzifələrində çalışmış, sonra isə Dil və İncəsənət bölməsinin elmi katibi olmuşdur.

İkinci iş yeri

1987-ci ildən «Sovetskaya tyurkoloqiya» «Советская тюркология» jurnalının baş redaktorunun birinci müavini idi.

1980-cı illərin sonlarından Azərbaycan Yazıçılar İttifaqı yanında respublika bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri,

Qarabağa Xalq Yardımı Komitəsi sədrinin müavini olub.

Elmi fəaliyyəti

“Türk dillərində samit səslər: sözönü və səs birləşmələri” adlı mövzusunda dissertasiya müdafiə etməyə hazırlaşırdı. Yüzdən çox elmi, ədəbi-tənqidi məqalənin müəllifidir.

Digər

SSRİ Yazıçılar İttifaqının,

«Sovetskiy pisatel» «Сове́тский писа́тель» nəşriyyatı idarə heyətinin,

SSRİ Altayşünaslar Cəmiyyətinin,

Sovet Türkoloqlar Komitəsinin,

1980-cı illərin sonlarında fəaliyyətə başlamış “Vətən”, “Qayğı” və “Azərbaycan – Türkiyə” cəmiyyətlərinin idarə heyətlərinin,

7 fevral 1991-ci il tarixdə təşkil olunmuş Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət heyətinin,

28 mart 1991-cı il tarixdə Azərbaycan Respublikası Ali Soveti tərəfindən təşkil edilmiş Azərbaycan Respublikasının Dövlət himninin ən yaxşı mətni, Dövlət gerbinin, orden və medalının ən yaxşı təsvirləri üçün müsabiqə keçirilməsi üzrə komissiyanın üzvü olub.

Kitabları

Sözümüz eşidilənədək, 1988;

Son giley, 1992.

Vəfatı

1991-ci il aprel ayının 19-da Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.

Kiş kəndində dəfn olunub.

Ədəbiyyat