Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Azad Əhmədov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Azad Əhmədov
Əhmədov Azad Allahyar oğlu
Azad Əhmədov
Azad Əhmədov.

Azad Əhmədov (1939–1990) — rabitəçi-mühəndis, Bakı şəhər Mərkəzi Telefon Qovşağının baş mühəndisi. Daha əvvəllər Bakı şəhər Oktyabr (indiki Yasamal) rayon telefon qovşağının rəisi və s. bu kimi bir sıra məsul vəzifələrdə də çalışmışdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

18 sentyabr 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1947 – 1957-ci illərdə M.Qorki adına Nuxa 10 №-li orta məktəbində,

1957 – 1960-cı illərdə Bakı Elektrotexniki Rabitə Texnikumunda təhsil alıb.

1964-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsinə daxil olub.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

1960 – 1963-cü illərdə həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1963-cü ildən Nuxa şəhər ATS-ində elektromexanik,

1964 – 1968-ci illərdə Bakı şəhərindəki 65 indeksli ATS-də böyük elektromexanik,

1968 – 1969-cu illərdə Bakı şəhərindəki 93 indeksli ATS-də böyük mühəndis,

1969 – 1977-ci illərdə Mərkəzi Telefon Qovşağında baş mühəndis, daha sonra müxtəlif illərdə Bakı şəhər Oktyabr (indiki Yasamal) rayon telefon qovşağının rəisi, Tikilən Müəssisələrin Direktorluğunun rəisi, Bakı şəhər Telefon Şəbəkəsinin mərkəzi abonent şöbəsinin rəisi, Mərkəzi Telefon Qovşağının baş mühəndisi vəzifəsində çalışıb.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

15 oktyabr 1990-cı il tarixdə – 51 yaşında, Bakıda faciəli şəkildə vəfat edib.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəli idi. 2 övlad atası olub.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Bəşirov R., Hacıyev N. Əhmədov Azad Allahyar oğlu // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 168.
  2. Əhmədov Azad Allahyar oğlu // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 102. — ISBN 978-9952-8176-4-5.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...