Elçin Məmmədov
Elçin Məmmədov | |
---|---|
Məmmədov Elçin Mehdi oğlu | |
![]() | |
Elçin Məmmədov. | |
Doğum tarixi | 29 may 1947 |
Doğum yeri |
![]() ![]() |
Vəfat tarixi | 18 fevral 2001 (53 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Atası | Mehdi Məmmədov |
Anası | Barat Şəkinskaya |
Vətəndaşlığı |
![]() ![]() |
Peşəsi | rəssam, aktyor |
Mükafatları |
![]() ![]() ![]() |
IMDb | ID 3608516 |
Elçin Məmmədov (1947–2001) — tanınmış teatr xadimi və teatr rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Dram Teatrının baş rəssamı. Aktyor kimi bir sıra Azərbaycan bədii filmlərinə də çəkilmiş və daha çox “Dədə Qorqud” bədii filmindəki “Qaraca çoban” rolu ilə yadda qalmışdır. Rəssam kimi isə Fərhad Xəlilovla birlikdə Azərbaycan milli valyutasının və Azərbaycan pasportunun rəsmlərini çəkməsi ilə tanınır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
29 may 1947-ci il tarixdə anadan olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1989-cu ildən Azərbaycan Dövlət Dram Teatrının baş rəssamı vəzifəsində çalışıb.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- Azərbaycan SSR Dövlət mükafatı (1984).
- “Humay” mükafatı – (ölümündən sonra, 2001).
Vəfatı[redaktə | HTML redaktə]
18 fevral 2001-ci il tarixdə – 53 yaşında vəfat edib.
Ailəsi[redaktə | HTML redaktə]
- Atası: Mehdi Məmmədov, görkəmli teatr rejissoru və teatr aktyoru, SSRİ xalq artisti, sənətşünaslıq elmləri doktoru və professor;
- Anası: Barat Şəkinskaya, görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti.
Şəkinskilərin nəsil şəcərəsi[redaktə | HTML redaktə]
Səlim xan | Tutu bəyim (İbrahim xanın qızı) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Asiya bəyim | Fəxrunnisə xanım | Hüseyn xan | Hacı xan | Süleyman xan Şəkinski | Hürcahan bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşədi Məmməd/İsgəndər xan (?) | Əbdül xan | Qasım xan | Cəfər xan | Həsən ağa | Sara bəyim | Tuti bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Gövhər | Süleyman xan | Əziz xan | Yusif xan | Sitarə bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həbib xan Şəkinski | Ağca bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Miribrahim Həmzəyev | Şəmsi Bədəlbəyli | Barat Şəkinskaya | Mehdi Məmmədov | Süleyman Hacıyev | Səriyyə Hacıyeva | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Solmaz Həmzəyeva | Rövşanə Bədəlbəyli | Elçin Məmmədov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər[redaktə | HTML redaktə]
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi) üzərində miniatür.
Yusif xan Şəkinski (1887–?).
Həbib xan Şəkinski (1880–1956).
Barat Şəkinskaya (1914–1999).
Elçin Məmmədov (1947–2001).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- "Советские актёры / М / Эльчин Мамедов (Elçin Məmmədov) / биография". https://www.kino-teatr.ru/ (русский). kino-teatr.ru. 23 Jan 2013 – 5 Aug 2020 tarixində arxivləşdirilib.
Filmoqrafiya[redaktə | HTML redaktə]
- Yeddi oğul istərəm... (film, 1970);
- Xəzinə (film, 1970);
- Ağır şkaf (film, 1971);
- Toya dəvətnamə (film, 1973);
- Dədə Qorqud (film, 1975);
- Çətirimiz buludlardır (film, 1976);
- Dantenin yubileyi (film, 1978);
- Qəribə adam (film, 1979);
- Yarımçıq qalmış mahnı (film, 1979);
- Bağlı qapı (film, 1981);
- Bir dəfə (film, 1990);
- Ovsunçu (film, 2002);
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007).
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- Şəkidən çıxmış kino xadimləri
- Şəkidən çıxmış aktyorlar
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- 29 mayda doğulanlar
- Mayda doğulanlar
- 1947-ci ildə doğulanlar
- 18 fevralda vəfat edənlər
- Fevralda vəfat edənlər
- 2001-ci ildə vəfat edənlər
- Azərbaycan SSR dövlət mükafatı laureatları
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri
- Humay mükafatı laureatları
- Kino xadimləri
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə