Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Furman Muradov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Furman Muradov
Muradov Furman Bəkir oğlu
Furman Muradov
Furman Muradov.
Doğum tarixi 28 oktyabr 1939(1939-10-28)
Doğum yeri Nuxa (indiki Şəki) Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 4 noyabr 2016 (77 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Bəkir Muradov
Anası Səyyarə Muradova
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutu (1958–1962)

Furman Muradov (1939–2016) — tanınmış pedaqoq, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi, Şəki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbinin bədən tərbiyəsi və idman müəllimi.

Haqqında məlumatlar

28 oktyabr 1939-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1947 – 1957-ci illərdə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində

1958 – 1962-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1962-ci ildə Nuxa şəhər 3 №-li orta məktəbdə idman müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

1964 – 1966-cı illərdə Nuxa Pedaqoji Texnikumunda mülki-müdafiə fənnindən dərs deyib.

1966 – 1983-cü illərdə Şəki şəhər 19 №-li orta məktəbində,

1983-cü ildən sonra isə Şəki şəhər 19 №-li orta məktəbində bədən tərbiyyəsi və idman müəllimi işləyib.

Təltif və mükafatları

  • “Mülkü-müdafiə əlaçısı” döş nişanı;
  • “Qabaqcıl maarif xadimi” döş nişanı;
  • Baş müəllim adı;
  • Ali dərəcəli müəllim adı (1993);
  • “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adı (1996).

Vəfatı

4 noyabr 2016-cı il tarixdə – 77 yaşında, Şəkidə vəfat edib.

Ailəsi

1966-cı ildə ailə qurmuşdur. Dörd övladı, beş nəvəsi var.

Ədəbiyyat

  1. Bəşirov R., Hacıyev N. Muradov Furman Bəkir oğlu // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 154.
  2. Muradov Furman Bəkir oğlu // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 221. — ISBN 978-9952-8176-4-5.