Hüseyn Əbdürrəhimov
Hüseyn Əbdürrəhimov (1912–1966) — sovet dövründə Nuxa rayonunda fəaliyyət göstərmiş tanınmış aqronom və rəhbər kadr. 1940-cı illərin ikinci yarısında Nuxa rayon kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışarkən Nuxa rayonunda tütün tədarükü üzrə yüksək nailiyyətin əldə olunmasına görə “Sosialist Əməyi Qəhrəmanı” adını alıb. Bundan sonra bir müddət Nuxa rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin sədri olub və bir dəfə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Hüseyn Əbdürrəhimov | |
---|---|
Əbdürrəhimov Hüseyn Yəhya oğlu | |
![]() | |
Hüseyn Əbdürrəhimov. | |
Doğum tarixi | 20 fevral 1912 |
Doğum yeri |
Nuxa (İndiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, ![]() |
Vəfat tarixi | 20 may 1966 (54 yaşında) |
Vəfat yeri |
Nuxa (İndiki Şəki), ![]() ![]() |
Vətəndaşlıq |
![]() |
Mükafatları |
![]() ![]() |
Haqqında məlumatlarRedaktə
20 fevral 1912-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
Nuxa nümunə zəhmət məktəbini və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.
Əmək fəaliyyətiRedaktə
1934-cü ildən Nuxa rayonunda aqronom işləyib.
1947 – 1952-ci illərdə Nuxa rayon kənd təsərrüfatı şöbəsinin müdiri,
1953 – 1956-cı illərdə Nuxa rayon zəhmətkeş deputatları Soveti icraiyyə komitəsinin sədri olub.
1956-ci ildən sonra isə Nuxa rayonunda təsərrüfat sahəsi üzrə rəhbər vəzifələrdə çalışıb.
Təltif və mükafatlarıRedaktə
- “Sosialist Əməyi Qəhrəmanı” (1949);
- Lenin ordeni (1949).
DigərRedaktə
Azərbaycan SSR Ali Sovetinin V çağırış (1959–1962) deputatı olub.
VəfatıRedaktə
20 may 1966-cı il tarixdə – 54 yaşında, Nuxada (indiki Şəki) vəfat edib.
ƏdəbiyyatRedaktə
- Əbdürrəhimov Hüseyn Yəhya oğlu // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1980. — IV cild. — Səhifələrin sayı: 616. — Səh.: 127. — 80.000 nüsx.
- Mete Ə. Əməyi ilə ucalanlar // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 402. — 500 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Əbdürrəhimov Hüseyn // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 76. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Əbdürrəhimov Hüseyn Yəhya oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 178. — ISBN 978-9952-441-13-0.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |