Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Hüseynbala Abbasov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 16:59, 11 oktyabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Hüseynbala Abbasov
Abbasov Hüseynbala Cabbar oğlu
Hüseynbala Abbasov
Hüseynbala Abbasov.
Doğum tarixi 1898(1898-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi aprel 1942(1942-04-00) (44 yaşında)
Vəfat səbəbi döyüşdə itkin düşüb
Uşaqları Cabbarov Cavid, Cabbarzadə Şahid, Cabbarov Rauf, Abbasov Rasim, Abbasova Sevil
Həyat yoldaşı Abbasova Maral Adışirin qızı
Hərbi fəaliyyəti
Rütbə 1-ci dərəcəli texnik-intendant (rus.: техник-интендант 1 ранга)
Hərbi hissə 782-ci atıcı alay
Adının digər versiyaları Huseynbala Abbasov, Гусейнбала Аббасов, Һүсејнбала Аббасов

Hüseynbala Abbasov (1898–1942) — Sovet dövrünün ilk onilliklərində Nuxada məsul vəzifələrdə çalışmış şəxs. Böyük Vətən müharibəsində həlak olmuşdur.

Haqqında məlumatlar

1898-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

1923-cü ildən Nuxada məsul vəzifələrdə çalışıb (prokuror, torpaq şöbəsinin müdiri, şəhər sovetinin sədri).

1930-cu illərdə Azərbaycan KP Nuxa şəhər komitəsinin 3-cü konfransında və Azərbaycan KP Vartaşen rayon komitəsinin 2-ci konfransında plenum üzvü seçilib.

1941-ci il noyabr ayının 25-dən 782-ci atıcı alayın tərkibində 1-ci dərəcəli texnik-intendant (rus.: техник-интендант 1 ранга) olaraq Sevastopol şəhərinin müdafiəsində iştirak edib (6 fevral 1942-ci il tarixdə bu polk Sevastopol şəhəri ətrafındakı Balaklava adlı yerdə idi).

1942-ci ilin aprel ayında itkin düşmüş elan olunub. Sonralar həlak olması təsdiqlənib. Qəbri Sevastopoldadır.

Tanınmış pedaqoq, partiya işçisi və rəhbər kadr Teymur Cabbarlının və sovet dövrünün ortalarında Şəkidə tanınmış pedaqoqlar olmuş Mustafa CabbarzadəninQurban Abbasovun böyük qardaşıdır.

Ədəbiyyat

  1. Cabbarlıların şəxsi işi : [rus.]. — Müraciət tarixi: 08.08.2023.
  2. Аббасов Гусейнбала Джаббар : [arx. 16.05.2023] : [rus.] // Память народа. — Müraciət tarixi: 16.05.2023.