Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Lütfəli Abdullayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Lütfəli Abdullayev
Abdullayev Lütfəli Əmir oğlu
Lütfəli Abdullayev
Lütfəli Abdullayev.
Doğum tarixi 22 mart 1914(1914-03-22)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 9 dekabr 1973 (59 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of Russia.svg Rusiya İmperiyasıFlag of Azerbaijan 1918.svg Azərbaycan Cümhuriyyəti→Flag of the Soviet Union.svg SSRİ
Peşəsi aktyor
Təhsili Azərbaycan Dövlət Konservatoriyası, valtorna sinfi (1928–)
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943"Stalin" mükafatı"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1960
"Qırmızı Əmək Bayrağı" ordeni  — 1959
IMDb ID 0008710

Lütfəli Abdullayev (1914–1973) — Azərbaycan sovet teatr və kino aktyoru, “Stalin” mükafatı laureatı, Azərbaycan SSR xalq artisti. Komik rolların mahir ifaçısı olub; obrazın açılmasında yumordan məharətlə istifadə etmək, incə ştrixlər tapmaq, komik vəziyyətləri realist planda tamaşaçılara çatdırmaq onun yaradıcılığının səciyyəvi cəhətləridir[1].

Haqqında məlumatlar

22 mart 1914-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxada yeddiillik məktəbi bitirib.

1928-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının valtorna sinifinin məşğələlərində iştirak edib, o cümlədən paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olub.

Yaradıcı fəaliyyəti

Teatr

Nuxada yeddiillik məktəbi bitirdikdən sonra bir neçə ay Nuxa fəhlə gənclər klubunun dram dərnəyində kiçik məsxərələrdə və tərcümə olunmuş, təbdil edilmiş vodevillərdə rollar oynayıb.

1928-ci ildə Bakıda konservatoriyanın valtorna sinifinin məşğələlərində iştirak edərkən, müsabiqə yolu ilə opera teatrının xor heyətinə qəbul olunub. Bundan sonra, əvvəl yardımçı aktyor kimi sözsüz və epizod rollarda, az sonra isə “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb.

1938-ci ildə yeni yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrında truppaya qəbul edilib.

1949-cu ilin yazında M.Əzizbəyov adına Milli Dram Teatrına keçib.

1951-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muskomediya truppasında işləməyə başlayıb.

1956-ci ildən yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərib.

Kino

1945-ci ildə Rza Təhmasibin lentə aldığı “Arşın mal alan” filmində Vəli rolunu oynayıb. Həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefçilov) filmlərinə çəkilib.

Təltif və mükafatları

Vəfatı

9 dekabr 1973-cü il tarixdə – 59 yaşında, Bakıda vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub.

Xatirəsi

Lütfəli Abdullayevin vaxtilə yaşadığı binanın divarında onunla bağlı memorial lövhə.

Bakıda adına küçə var.

2014-cü ildə Lütfəli Abdullayev haqqında “Ürəklərdə yaşayan sənətkar Lütfəli Abdullayev” adlı qısametrajlı səndəli film çəkilmişdir.

13 fevral 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Lütfəli Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Filmoqrafiya

  1. Aktrisanın təbəssümü.
  2. Arşın mal alan.
  3. Bəşir Səfəroğlu.
  4. Böyük ömrün anları.
  5. Əhməd haradadır?.
  6. "İmportnı" yaxud zırrama .
  7. "Kazbek" qutusu.
  8. Qəribə əhvalat.
  9. Məktuba cavab.
  10. O olmasın, bu olsun.
  11. Payız konserti
  12. Ulduz.
  13. Üzeyir ömrü.
  14. Ürəklərdə yaşayan sənətkar. Lütfəli Abdullayev.

İstinadlar

  1. AME, 2009, p. 17.

Ədəbiyyat

  1. Abdullayev Lütfəli // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1976. — I  cild. — Səhifələrin sayı:  648. — Səh.: 17. — 80.000 nüsx.
  2. Məmmədov Ə., Xalıqov F. Abdullayev Lütfəli // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 12. — 1.000 nüsx.
  3. Abdullayev Lütfəli // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 33. — ISBN 978-9952-441-02-4.
  4. Rəhimli İ. Azərbaycan teatr tarixi / Əfəndiyev T. (elmi redaktor). — Azərbaycan Respublikası Təhsil Nazirliyi. — Bakı: Çaşıoğlu, 2005. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 23 Sep 2010 - 7 May 2019.