Ləman Vaqifqızı (Ləman Süleymanova) — filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Təhsil şöbəsinin müdiri.

Ləman Vaqifqızı
Süleymanova Ləman Vaqif qızı
Ləman Vaqifqızı
Ləman Vaqifqızı.
Doğum tarixi 14 oktyabr 1977 (1977-10-14) (47 yaş)
Doğum yeri Balakən, Azərbaycan SSR, SSRİ
Elm sahəsi filologiya
İş yeri AMEA Folklor İnstitutu, Təhsil şöbəsi (müdir)
Elmi dərəcəsi filologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili

 • M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialı, filologiya fakültəsi (1995–1999)

 • Bakı Dövlət Universiteti, filologiya fakültəsi, magistratura, folklor və mifologiya ixtisası (1999–2001)

 • AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, aspirantura, folklor və mifologiya ixtisası (2002–2005)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

14 oktyabr 1977-ci il tarixində Balakəndə anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1983 – 1994-cü illərdə Şəki rayon Cumakənd kənd orta məktəbində,

1995 – 1999-cu illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialının filologiya fakültəsində,

1999 – 2001-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin magistraturasında (folklor və mifologiya ixtisası üzrə),

2002 – 2005-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına (folklor və mifologiya ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

2000-ci ildən AMEA Folklor İnstitutunda işləyir; əvvəlcə baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, sonra isə aparıcı elmi işçi olub.

2011 – 2014-cü illərdə Azsaylı xalqların folkloru bölməsinə rəhbərlik edib.

2021-ci ildən Təhsil şöbəsinin müdiridir.

İkinci iş yerləri Vizual/Mobil redaktə

2008 – 2009-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun,

2008 – 2011-ci illərdə Bakı Avrasiya Universitetinin,

2009 – 2010-cu illərdə Azərbaycan Dillər Universitetinin,

2009 – 2012-ci illərdə Azərbaycan Turizm Universitetinin bakalavr və magistr pillələrində mühazirə və seminar dərslərini aparıb.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

2008-ci ildə “Şəki folklor mühiti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2012-ci ildə dosent elmi adını alıb.

80-dən artıq elmi məqaləsi Azərbaycanın və müxtəlif xarici ölkələrin elmi dərgilərində çap olunub.

Müxtəlif beynəlxalq və yerli elmi konfranslarda məruzə edib.

7 kitabı çap olunub:

Kitabları
  1. Şəki folklor mühiti. Bakı, “Elm və təhsil”, 2012, 248 səh.;
  2. Qarabağ: folklor da bir tarixdir (Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarından toplanmış folklor örnəkləri). VI kitab. Bakı, “Zərdabi LTD” MMC, 2013, 468 səh.;
  3. Qarabağ: folklor da bir tarixdir (Xocavənd rayonundan toplanmış folklor örnəkləri). VII kitab. Bakı, “Zərdabi LTD” MMC, 2014, 444 səh.;
  4. Şəki folklor örnəkləri. II kitab. Bakı “Elm və təhsil”, 2014, 408 səh.;
  5. Şəki folklor örnəkləri. III kitab. Bakı “Elm və təhsil”, 2016, 364 səh.;
  6. Azərbaycan bayatıları. Bakı, “Şərq-Qərb”, 2017, 423 səh.;
  7. Dambur ifaçılığı və hayla yaradıcılığı. Bakı, “Elm və təhsil”, 2020, 264 səh.

Bir neçə kitabın elmi redaktorudur. AMEA Folklor İnstitutunun nəzdində nəşr olunan “Dədə Qorqud” adlı elmi-ədəbi toplunun 2006-2012-ci illər ərzində ədəbi işçilərindən biri olub. İKT üzrə Milli Strategiya layihəsi çərçivəsi daxilində Azərbaycan dilində orfoqrafiyasının yoxlanması üçün proqram sisteminin (Spell Check) hazırlanmasında dilçi-ekspert kimi iştirak edib.

“Bayatı yaradıcılığında kontekst, funksiya və variantlaşma” adlı doktorluq dissertasiyasının üzərində işləyir.

Digər Vizual/Mobil redaktə

AMEA Folklor İnstitutunun nəzdində 5719.01 folklorşünaslıq ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.01.201 Dissertasiya Şurasının Elmi Seminarının üzvüdür.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Vaqifqızı Ləman // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 365-366. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Orsər R. Ləman Vaqifqızı // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 788. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  3. Folklor İnstitutunun fəlsəfə doktorları : Süleymanova Ləman Vaqif qızı : [arx. 6 Jun 2021 - 6 Jun 2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 13.10.2021.
  4. Ləman Vaqif qızı Süleymanova : [arx. 3 Mar 2017 - 15 Feb 2020] // [ttp://www.folklor.az/ Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu]. — Müraciət tarixi: 13.10.2021.