Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Mürsəl İmamverdiyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Mürsəl İmamverdiyev
İmamverdiyev Mürsəl Həbibillah oğlu
Mürsəl İmamverdiyev
Mürsəl İmamverdiyev.
Doğum tarixi 14 mart 1926(1926-03-14)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 14 noyabr 2005 (79 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi kənd təsərrüfatı
Elmi dərəcəsi kənd təsərrüfatı elmləri namizədi
Təhsili

 • Nuxa Kənd Təsərrüfatı Texnikumu (–1944)

 • Nuxa Dövlət Müəllimlər İnstitutu, fizika-riyaziyyat fakültəsi (–1947)

 • Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, aqronomluq fakültəsi (1949–1954)

Mürsəl İmamverdiyev (1926–2005) — kənd təsərrüfatı elmləri namizədi, Əkinçilik Elmi Tədqiqat İnstitutu Şəki Dayaq Məntəqəsinin elmi işçisi.

Haqqında məlumatlar

14 mart 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxa şəhər 12 №-li orta məktəbində təhsil alıb.

1944-cü ildə Nuxa Kənd Təsərrüfatı Texnikumunu,

1947-ci ildə Nuxa Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib.

1949 – 1954-cü illərdə ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1947-ci ildən Nuxa 2 №-li orta məktəbində müəllim,

1956-cı ildən, əvvəl Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Mirbəşir zona təcrübə stansiyasında, sonra isə həmin institutun Nuxa dayaq məntəqəsində elmi işçi vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1972-ci ildə “Şəki-Zaqatala zonası şəraitində gübrələrin payızlıq arpanın boyuna, inkişafına və məhsuldarlığına təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Vəfatı

14 noyabr 2005-ci il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. İmamverdiyev Mürsəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 274-275. — 1.000 nüsx.
  2. Şükürov R., Orsər R. İmamverdiyev Mürsəl Həbibillah oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 185. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.