Məşədi Məmməd/İsgəndər xan
Bu məqaləni ensiklopedikləşdirmək lazımdır. |
Məşədi Məmməd/İsgəndər xan | |
---|---|
Dini | İslam |
Atası | Hüseyn xan |
Məşədi Məmməd; İsgəndər xan; İsgəndər bəy — sonuncu Şəki xanı Hüseyn xanın oğludur. İranda yaşayırdı. 1837-ci ildə xəlvəti Nuxaya gəlmişdi və Rüsiya əleyhinə üsyan hazırlamaq məqsədiylə başına adam toplayırdı. Çox keçmədən Nuxada ruslar tərəfindən həbs edilir və hərbi məhkəmənin mühakiməsinə verilir. Lakin 20 avqust[1] tarixində özü kimi iki başqa azərbaycanlı dustaq və iki sabiq əsgərlə birlikdə türmədən qaça bilir və Quba mahallarının dağlarında gizlənir. 1838-ci ilin iyun ayında isə rutullu Ağa bəylə Acınohur gölü ətrafına gəlir, burada başına çoxlu adam toplayır. O, əyalət əhalisinə xəbər göndərir ki, şəkililəri özü ilə həmməzhəb və özünə dost hesab edir, onlara heç bir pislik etmək fikrində deyil, amma əvəzində şəkililəri dinsiz hökumətin zülmündən qurtarmaq istəyir və bütün rusları, erməniləri məhv edəcəkdir.
Rus mənbələrində etiraf edildiyi kimi, həqiqətən də ləzgilər yerli əhalidən yeməkdən başqa heç nə istəmədilər. Nəticədə, Nuxanın müdafiəsinin təşkil edilməsi üçün bura bir gün əvvəl − 12 sentyabr[2] tarixində, ruslar tərəfindən xeyli əlavə hərbi qüvvələrinin gətirilməsinə baxmayaraq, ertəsi gün – 13 sentyabr[3] tarixində, əhalinin dəstəyini qazanmış İsgəndər xan ləzgi qoşunu ilə Nuxanı tutdu[4] və Nuxa qalasını mühasirəyə aldı. Hansı ki cəmi bir rota əsgər tərəfindən müdafiə olunan bu qalada komendantın evi, əyalət idarəsi və xəzinə vardı. Həmçinin şəhər əhalisinin bir qismi - əsasən tacirlər və ermənilər də buraya sığınmışdı. Lakin elə həmin gün ruslar Nuxaya əlavə hərbi qüvvələr yeritdilər. İki günlük döyüşdən sonra - 16 sentyabr tarixində, gecə vaxtı İsgəndər xan gətirdiyi ləzgi qoşunu ilə Nuxadan geri çəkilməyə məcbur oldu[5] [6]. Bundan sonra Məşədi Məmməd/İsgəndər xan yenidən İrana qayıtdı.
Şəkinskilərin nəsil şəcərəsi[HTML redaktə]
Səlim xan | Tutu bəyim (İbrahim xanın qızı) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Asiya bəyim | Fəxrunnisə xanım | Hüseyn xan | Hacı xan | Süleyman xan Şəkinski | Hürcahan bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşədi Məmməd/İsgəndər xan (?) | Əbdül xan | Qasım xan | Cəfər xan | Həsən ağa | Sara bəyim | Tuti bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Gövhər | Süleyman xan | Əziz xan | Yusif xan | Sitarə bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həbib xan Şəkinski | Ağca bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Miribrahim Həmzəyev | Şəmsi Bədəlbəyli | Barat Şəkinskaya | Mehdi Məmmədov | Süleyman Hacıyev | Səriyyə Hacıyeva | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Solmaz Həmzəyeva | Rövşanə Bədəlbəyli | Elçin Məmmədov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər[HTML redaktə]
-
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi) üzərində miniatür.
-
Yusif xan Şəkinski (1887–?).
-
Həbib xan Şəkinski (1880–1956).
-
Barat Şəkinskaya (1914–1999).
-
Elçin Məmmədov (1947–2001).
İstinadlar və qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]
- ↑ Mətndə Yuli təqvimi ilə göstərilirdi: 8 avqust.
- ↑ Mətndə Yuli təqvimi ilə göstərilirdi: 31 avqust.
- ↑ Mətndə Yuli təqvimi ilə göstərilirdi: 1 sentyabr.
- ↑ Акты, собранные Кавказской археографической комиссией, том IX, Тифлис, 1884, стр.: 218.
- ↑ Акты, собранные Кавказской археографической комиссией, том IX, Тифлис, 1884, стр.: 218.
- ↑ Акты, собранные Кавказской археографической комиссией, том IX, Тифлис, 1884, стр.: 283.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |