Məjlum Şükürov
Məjlum Şükürov | |
---|---|
Şükürov Məjlum Şükür oğlu | |
Məjlum Şükürov, 2007-ci il. | |
Doğum tarixi | 1 sentyabr 1954 |
Doğum yeri | Aşağı Küngüt, Nuxa (indiki Şəki) rayonunun, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | elmlər namizədi |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1971–1976) • Leninqrad Aqrofizika İnstitutu, aspirantura (1980–) • Leninqrad Aqrofizika İnstitutu, doktorantura (1989–) |
Mükafatları |
Məjlum Şükürov — texnika elmləri namizədi, Əkinçilik Elmi Tədqiqat İnstitutu Şəki Dayaq Məntəqəsinin direktoru. 2005 – 2010-cu illərdə Şəki bələdiyyəsinin üzvü, 2006 – 2011-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1 sentyabr 1954-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Küngüt kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1961 – 1971-ci illərdə Aşağı Küngüt kənd orta məktəbində,
1971 – 1976-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1980-cı ildə Leninqrad Aqrofizika İnstitutunun aspiranturasına,
1989-ci ildə isə Leninqrad Aqrofizika İnstitutunun doktoranturasına qəbul olunub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1976 – 1980-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Kibertexnika İnstitutunda işləyib.
1984 – 1986-cı illərdə Əkinçilik Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi,
1986 – 1989-cu illərdə isə baş elmi işçi vəzifəsində çalışıb.
1996-cı ildə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinə direktor təyin edilib.
İctimai aktivliyi[redaktə | HTML redaktə]
2005 – 2010-ci illərdə Şəki Bələdiyyəsinin üzvü,
2006 – 2011-ci illərdə III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Tərəqqi” medalı (29.10.2015).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Şükürov Məjlum // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 376-379. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 04.02.2022] // Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. — 2015. — 29 oktyabr. — Müraciət tarixi: 04.02.2022.
- Təcrübə bazaları : Şəki DM : [arx. 04.02.2022] // Əkinçilik Elmi Tədqiqat İnstitutu. — Müraciət tarixi: 04.02.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatları
- 1 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 1954-cü ildə doğulanlar
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə