Məjlum Şükürov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Məjlum Şükürov
Şükürov Məjlum Şükür oğlu
Məjlum Şükürov, 2007-ci il.
Doğum tarixi 1 sentyabr 1954 (1954-09-01) (69 yaş)
Doğum yeri Aşağı Küngüt, Nuxa (indiki Şəki) rayonunun, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elmi dərəcəsi elmlər namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1971–1976)

 • Leninqrad Aqrofizika İnstitutu, aspirantura (1980–)

 • Leninqrad Aqrofizika İnstitutu, doktorantura (1989–)
Mükafatları "Tərəqqi" medalı — 2015

Məjlum Şükürov — texnika elmləri namizədi, Əkinçilik Elmi Tədqiqat İnstitutu Şəki Dayaq Məndəqəsinin direktoru. 2005 – 2010-cu illərdə Şəki bələdiyyəsinin üzvü, 2006 – 2011-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

1 sentyabr 1954-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Aşağı Küngüt kəndində anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1961 – 1971-ci illərdə Aşağı Küngüt kənd orta məktəbində,

1971 – 1976-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1980-cı ildə Leninqrad Aqrofizika İnstitutunun aspiranturasına,

1989-ci ildə isə Leninqrad Aqrofizika İnstitutunun doktoranturasına qəbul olunub.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1976 – 1980-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Kibertexnika İnstitutunda işləyib.

1984 – 1986-cı illərdə Əkinçilik Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi,

1986 – 1989-cu illərdə isə baş elmi işçi vəzifəsində çalışıb.

1996-cı ildə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsinə direktor təyin edilib.

İctimai aktivliyi[Vizual redaktə | HTML redaktə]

2005 – 2010-ci illərdə Şəki Bələdiyyəsinin üzvü,

2006 – 2011-ci illərdə III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Şükürov Məjlum // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 376-379. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Kənd təsərrüfatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 04.02.2022] // Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. — 2015. — 29 oktyabr. — Müraciət tarixi: 04.02.2022.
  3. Təcrübə bazaları : Şəki DM : [arx. 04.02.2022] // Əkinçilik Elmi Tədqiqat İnstitutu. — Müraciət tarixi: 04.02.2022.