Məmməd Hacıyev (1890–1954) — tanınmış həkim, Əmək qəhrəmanı, Azərbaycan SSR əməkdar həkimi, Nuxa (indiki Şəki) şəhər xəstəxanasının baş həkimi.

Məmməd Hacıyev
Hacıyev Məmməd Cəbrayıl oğlu
Məmməd Hacıyev
Məmməd Hacıyev.
Anadan olub 8 may 1890(1890-05-08) (26 aprel)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat edib 17 aprel 1954 (63 yaşında)
Vəfat etdiyi yer Nuxa, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq Rusiya İmperiyası SSRİ
Təhsili Novorossiya Universiteti (Odessa), tibb fakültəsi (1911–1916)
Mükafatları Əmək qəhrəmanı
"Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1942
Lenin ordeni

Haqqında məlumatlar Vizual/Mobil redaktə

8 may (26 aprel) 1890-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

 
Məmməd Hacıyev (tələbəlik illərində).

1903 – 1911-ci illərdə Kerç Aleksandr gimnaziyasında,

1911 – 1916-cı illərdə Novorossiya Universitetinin (Odessa) tibb fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1916 – 1920-cı illərdə əvvəl Simferopolda dənizçilər arasında, sonra iki ay Odessadakı poliklinikalardan birində həkim, daha sonra Kerç şəhər xəstəxananda baş həkim,

1920 – 1922-ci illərdə Bakıda Lenin adına fabrikdə,

1922 – 1924-cü illərdə Nuxadakı müalicə müəssisələrində həkim,

1924 – 1954-cü illərdə isə Nuxa şəhər xəstəxanasında[1] baş həkim işləyib.

Hərbi rütbəsi Vizual/Mobil redaktə

SSRİ Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti mayoru idi[2].

İctimai-siyasi fəaliyyəti Vizual/Mobil redaktə

1940, 1948, 19511953-cü illərdə – müvafiq olaraq, I – IV çağırış Nuxa şəhər sovetinin deputatı seçilib.

1940-cı ildə ən yaşlı deputat olaraq şəhər sovetinin birinci sesiyasını açıb, giriş nitqi ilə çıxış edib və şəhər sovetinin icraiyyə komitəsinin heyətinə seçilib.

1946-cı ildə Kommunist (b) partiyasına üz olub.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Vəfatı Vizual/Mobil redaktə

17 aprel 1954-cü il tarixdə – 63 yaşında, Nuxada (indiki Şəki) vəfat edib.

Xatirəsi Vizual/Mobil redaktə

 
Məmməd Hacıyevin büstü, Şəki şəhəri, 2021-ci il.

1968-ci ildə Şəki Mərkəzi Rayon Xəstəxanasına onun adı verilib. Daha sonralar Şəki Mərkəzi Rayon Xəstəxanası qarşısında büstü qoyulub və Şəkidəki bir küçəyə də adı verilib.

Ailəsi Vizual/Mobil redaktə

 
Məmməd Hacıyevin doğum şəhadətnaməsi.
  • Atası: Cəbrayıl Hacı (Əbdül)cabbar oğlu (1855–?) – 2-ci gildiya tacir (bu rütbəni ona 30 dekabr 1910-cu ildə Kerç Şəhər İdarəsi verib).
  • Anası: Tutu usta Lətif qızı.
  • Oğlu: Fevzi Hacıyev – tanınmış həkim-endokrinoloq,zob xəstəlikləri üzrə mütəxəssis, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi cərrahiyyə kafedrasının dosenti.
  • Qızları: Faimə Hacıyeva – göz həkimi (uzun müddət Bakı şəhər 4 №-li klinik xəstəxanasında göz xəstəlikləri şöbəsinin müdiri olub), Rəna – müəllim.

İstinadlar və qeydlər Vizual/Mobil redaktə

  1. Bu illərdə xəstəxana əvvəl “Nuxa Xalq Xəstəxanası”, 7 dekabr 1926-cı il tarixdən “Qədirli adına Nuxa Xalq Xəstəxanası”, 1942-ci ildən Mirzə Fətəli Axundov adına Nuxa şəhər xəstəxanası və s. adlanmışdır (Əsədov Q. (2016). "ŞƏKİNİN SƏHİYYƏ TARİXİ - (II hissə)". www.municipality.shaki.info (azərb.). “Şəki bələdiyyəsi” qəzeti. 3 Nov 2020 tarixində arxivləşdirilib.)
  2. Память народа.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Гаджиев Мамед Джабраилович : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 19.07.2021.
  2. Məmməd Hacıyev (nekroloq) // Abbasov M. (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa: Kirov adına Nuxa mətbəəsi, 1954. — В. 21 aprel. — № 47 (5.036). — Səh. 4.
  3. Mete Ə. Ənənələr yaşayır // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 331-333. — 500 nüsx.
  4. Məmmədov Ə., Xalıqov F. Hacıyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 152. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  5. Mərdanov M.C., Tahirzadə Ə.Ş. HACIYEV Məhəmməd Cəbrayıl oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — F – İ hərfləri. — Bakı: Təhsil, 2019. — III  cild. — Səh.: 149 – 152.

Həmçinin, bax: Vizual/Mobil redaktə