Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Məmmədiyyə Cabbarov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 58: Sətir 58:
 
1966 – 1968-ci illərdə “Elm və həyat” jurnalının redaksiyasında əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb.
 
1966 – 1968-ci illərdə “Elm və həyat” jurnalının redaksiyasında əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb.
  
1968-ci ildən Azərbaycan SSR “Bilik” cəmiyyətində işləyib və əmək fəaliyyətinin son illərində həmin cəmiyyətin Şəki şöbəsinin rəhbəri olub.
+
1968-ci ildən Azərbaycan SSR “Bilik” cəmiyyətində işləmiş, uzun müddət cəmiyyətin redaksiya-nəşriyyat şöbəsinin redaktoru, əmək fəaliyyətinin son illərində isə həmin cəmiyyətin Şəki şöbəsinin rəhbəri olmuşdur.
  
 
===Digər===
 
===Digər===

02:56, 17 mart 2021 versiyası

Məmmədiyyə Cabbarov
Cabbarov Məmmədiyyə Süleyman oğlu
Məmmədiyyə Cabbarov
Məmmədiyyə Cabbarov.
Digər adı Məmmədiyyə Süleymanlı
Doğum tarixi 1910(1910-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi 30 mart 1997 (87 yaşında)
Uşaqları Qurtuluş, Bahar, Elman
Təhsili

Bakı Pedaqoji Texnikumu (1927 – 1931)

Azərbaycan Müəllimlər İnstitutunu ( – 1931, qiyabi)

Məmmədiyyə Cabbarov (1910 – 1997) — yazıçı, publisist və jurnalist; müxtəlif illərdə “Nuxa fəhləsi” qəzetinin redaktor əvəzi, Azərbaycan Radio Komitəsinin Nuxa filialının redaktoru, “İpəkçi” qəzetinin redaktoru və s. vəzifələrdə çalışmış, əmək fəaliyyətinin son illərində Azərbaycan SSR “Bilik” cəmiyyətin Şəki şöbəsinin rəhbəri olmuşdur.

Haqqında məlumatlar

1910-cu ildə Nuxada, tacir ailəsində anadan olub.

Təhsili

Nuxada natamam-orta,

1927 – 1931-ci illərdə Bakı Pedaqoji Texnikumunda ana dili və ədəbiyyat müəllimi ixtisası üzrə orta-ixtisas təhsili alıb.

1936-cı ildə Azərbaycan Müəllimlər İnstitutunu (qiyabi) bitirib.

Əmək fəaliyyəti

1931-ci ildən Nuxa şəhər və kənd məktəblərində ana dili və ədəbiyyat müəllimi, dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışıb.

1937 – 1941-ci illərdə “Nuxa fəhləsi” qəzetinin redaksiyasında əvvəl ədəbi işçisi, sonra şöbə müdiri və nəhayət, 1941-ci ildə redaktor əvəzi olub.

1945-ci ildən – 10 ildən artıq müddət ərzində, Azərbaycan Radio Komitəsinin Nuxa filialının redaktoru,

1958 – 1965-ci illərdə “İpəkçi” qəzetinin redaktoru,

1966 – 1968-ci illərdə “Elm və həyat” jurnalının redaksiyasında əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb.

1968-ci ildən Azərbaycan SSR “Bilik” cəmiyyətində işləmiş, uzun müddət cəmiyyətin redaksiya-nəşriyyat şöbəsinin redaktoru, əmək fəaliyyətinin son illərində isə həmin cəmiyyətin Şəki şöbəsinin rəhbəri olmuşdur.

Digər

Böyük Vətən müharibəsində (1941 – 1945) iştirak etmiş, yaralanaraq ordudan tərxis olunmuşdur.

Ədəbi-publisistik fəaliyyəti

1924-cü ildən – 14 yaşından ədəbi, 1932-ci ildən “Nuxa fəhləsi” qəzetində publisistik fəaliyyətə başlayıb.

1936-cı ildən Azərbaycan SSR Yazıçılar İttifaqının,

1958-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub.

Ədəbiyyat

  1. Məmmədov S. Cəmiyyət üçün (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1980. —3 sentyabr  c. — № 23 – 24 (1373). — Səh. 4.
  2. Orsər R. Məmmədiyyə Cabbarov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 225 – 228. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Şablon:Yaxşı məqalə