Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Məmmədiyyə Cabbarov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 63: Sətir 63:
  
 
===Digər===
 
===Digər===
Böyük Vətən müharibəsində (1941 – 1945) iştirak etmiş, yaralanaraq ordudan tərxis olunmuşdur.   
+
Böyük Vətən müharibəsində (1941–1945) iştirak etmiş, yaralanaraq ordudan tərxis olunmuşdur.   
  
 
===Ədəbi-publisistik fəaliyyəti===
 
===Ədəbi-publisistik fəaliyyəti===
Sətir 71: Sətir 71:
  
 
1958-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub.
 
1958-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub.
 +
 +
===Təltif və mükafatları===
 +
* I dərəcəli [["Vətən Müharibəsi" ordeni|“Vətən Müharibəsi” ordeni]] (1987){{Sfn|Память народа (2)}}.
  
 
===Vəfatı===
 
===Vəfatı===

13:30, 19 iyul 2021 versiyası

Məmmədiyyə Cabbarov
Cabbarov Məmmədiyyə Süleyman oğlu
Məmmədiyyə Cabbarov
Məmmədiyyə Cabbarov.
Digər adı Məmmədiyyə Süleymanlı
Doğum tarixi 1 iyun 1910(1910-06-01)
Vəfat tarixi 30 mart 1997 (86 yaşında)
Uşaqları Qurtuluş, Bahar, Elman
Təhsili

Bakı Pedaqoji Texnikumu (1927–1931)

Azərbaycan Müəllimlər İnstitutunu (–1931, qiyabi)

Məmmədiyyə Cabbarov (Məmmədiyyə Süleymanlı; 1910–1997) — yazıçı, publisist və jurnalist; müxtəlif illərdə “Nuxa fəhləsi” qəzetinin redaktor əvəzi, Azərbaycan Radio Komitəsinin Nuxa filialının redaktoru, “İpəkçi” qəzetinin redaktoru, Azərbaycan SSR “Bilik” cəmiyyətində redaksiya-nəşriyyat şöbəsinin redaktoru və s. vəzifələrdə çalışıb.

Haqqında məlumatlar

1 iyun 1910-cu il tarixdə Nuxada, tacir ailəsində anadan olub.

Təhsili

Nuxada natamam-orta,

1927 – 1931-ci illərdə Bakı Pedaqoji Texnikumunda ana dili və ədəbiyyat müəllimi ixtisası üzrə orta-ixtisas təhsili alıb.

1936-cı ildə Azərbaycan Müəllimlər İnstitutunu (qiyabi) bitirib.

Əmək fəaliyyəti

1931-ci ildən Nuxa şəhər və kənd məktəblərində ana dili və ədəbiyyat müəllimi, dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışıb.

1937 – 1941-ci illərdə “Nuxa fəhləsi” qəzetinin redaksiyasında əvvəl ədəbi işçisi, sonra şöbə müdiri və nəhayət, 1941-ci ildə redaktor əvəzi olub.

1945-ci ildən – 10 ildən artıq müddət ərzində, Azərbaycan Radio Komitəsinin Nuxa filialının redaktoru,

1948 – 1949-cu illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının direktoru,

1958 – 1965-ci illərdə “İpəkçi” qəzetinin redaktoru,

1966 – 1968-ci illərdə “Elm və həyat” jurnalının redaksiyasında əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb.

1968-ci ildən Azərbaycan SSR “Bilik” cəmiyyətində işləyib; uzun müddət cəmiyyətin redaksiya-nəşriyyat şöbəsinin redaktoru, əmək fəaliyyətinin son illərində isə həmin cəmiyyətin Şəki şöbəsinin rəhbəri olub.

Digər

Böyük Vətən müharibəsində (1941–1945) iştirak etmiş, yaralanaraq ordudan tərxis olunmuşdur.

Ədəbi-publisistik fəaliyyəti

1924-cü ildən – 14 yaşından ədəbi, 1932-ci ildən “Nuxa fəhləsi” qəzetində publisistik fəaliyyətə başlayıb.

1936-cı ildən Azərbaycan SSR Yazıçılar İttifaqının,

1958-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub.

Təltif və mükafatları

Vəfatı

30 mart 1997-ci il tarixdə, 87 yaşında, vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov S. Cəmiyyət üçün (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 1980. —3 sentyabr  c. — № 23 – 24 (1373). — Səh. 4.
  2. Adışirinov K.F. XX əsrin əvvəllərində Şəki Teatrının ədəbi - mədəni mühitin inkişafına təsiri (azərb.) // Sumqayıt Dövlət Universiteti : “Elmi Xəbərlər” jurnalı. — Sumqayıt, 2018. — В. Sosial və humanitar elmlər bölməsi. —14  c. — № 3. — Səh. 21 – 24. — ISSN 1680-1245. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 aprel 2021.
  3. Orsər R. Məmmədiyyə Cabbarov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 225 – 228. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Şablon:Yaxşı məqalə