Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/Azərbaycan/"Şücaətə görə" medalı

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Aydinsalis "Şücaətə görə" medalı səhifəsinin adını MediaWiki:Təltif/"Şücaətə görə" medalı olaraq dəyişdi.) tərəfindən edilmiş 19:19, 19 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
"Şücaətə görə" medalı
"Şücaətə görə" medalının lenti.png Şücaətə görə medalı.jpg

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip medal
Status təqdim olunur
Statistika
Təsis tarixi 14 oktyabr 2016-cı il
Ardıcıllıq
Daha yüksək mükafat "Hərbi xidmətlərə görə" medalı
Daha kiçik mükafat I dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Şücaətə görə" medalı — Azərbaycan Respublikasının medalı[1].

Təltif edilən şəxslər

Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər təltif edilirlər.

Təltif edən orqan

Azərbaycan Respublikasının “Şücaətə görə” medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir.

Taxılma qaydası

Azərbaycan Respublikasının “Şücaətə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır. Azərbaycan Respublikasının “Şücaətə görə” medalının

Medalın ümumi təsviri

  • Azərbaycan Respublikasının “Şücaətə görə” medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfi

  • Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca “ŞÜCAƏTƏ GÖRƏ” sözləri yazılmışdır.
  • Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir.
  • Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir.
  • Bütün yazılar və elementlər relyeflidir.

Medalın arxa tərəfi

“Şücaətə görə” medalının arxa görüntüsü
  • Medalın arxa tərəfinin mərkəzində “AZƏRBAYCAN RESPUBLİKASININ “ŞÜCAƏTƏ GÖRƏ” MEDALI” sözləri yazılmışdır.
  • Medalın arxa tərəfinin aşağı hissəsində medalın nömrəsi həkk olunmuşdur.
  • Bütün yazılar relyeflidir.

Medalın elementləri

  • Medalın paltarın yaxasına bərkidilmək üçün 37 mm x 50 mm ölçüdə, halqa və ilgək vasitəsilə medala birləşdirilən beşbucaqlı elementi vardır.
  • Elementin üzərinə mərkəzində 15 mm enində boz, mərkəzdən kənarlara doğru, ardıcıl olaraq, 1 mm enində ağ və 10 mm enində göy üfüqi zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.
  • Elementin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, üzərində ulduz, aypara və dəfnə yarpaqları təsvir edilmiş lövhə bərkidilmişdir. Ulduz, aypara və dəfnə yarpaqları relyeflidir.
  • Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

İstinadlar