Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/Azərbaycan/"Şərəf" ordeni

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Aydinsalis "Şərəf" ordeni səhifəsinin adını MediaWiki:Təltif/"Şərəf" ordeni olaraq dəyişdi.) tərəfindən edilmiş 19:19, 19 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
"Şərəf" ordeni
AZ Sharaf Order ribbon.png Sharaf order.png

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip orden
Status təqdim olunur
Statistika
Təsis tarixi 16 fevral 2007
Ardıcıllıq
Daha yüksək mükafat "Azərbaycan Bayrağı" ordeni
Daha kiçik mükafat "Şöhrət" ordeni

Statutu

Azərbaycan Respublikasının "Şərəf" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

  1. Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə;
  2. Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə;
  3. iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə;
  4. elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.

Azərbaycan Respublikasının "Şərəf" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.

Təsviri

"Şərəf" ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən düzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan "Şərəf" sözü həkk olunmuşdur. Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.

Təltif dəstinə aşağıdakılar daxildir:

  1. boyundan asmaq üçün kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə 27 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden;
  2. paltara bərkidilmək üçün 25 mm x 50 mm ölçüdə, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden;
  3. paltara bərkidilmək üçün elementi olan, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, ölçüsü 1 mm x 15 mm olan qəlib.

"Şərəf" ordeni poçt markası üzərində

2011-ci ildə buraxılmış poçt markası

2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Şərəf" ordeninə həsr olunmuşdur[1][2].

Laureatlar

İstinadlar

Mənbə

  • "Azərbaycan Respublikasının "Şərəf" ordeninin Statutu", Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanunu
  • "Azərbaycan Respublikasının "Şərəf" ordeninin Təsviri", Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəl Qanunu

Xarici keçidlər