Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Minəvvər Vahabova

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Minəvvər Vahabova
Vahabova (Kaşıyeva) Minəvvər Nadir qızı
Minəvvər Vahabova
Minəvvər Vahabova.

Minəvvər Vahabova — ABŞ azərbaycanlı icmasının tanınmış üzvü, diaspor fəalı, pedaqoq və jurnalist. 2007-ci ildən Nyu-York ştatında, 2018-ci ildən isə Nyu-Cersi ştatında yaşayır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

18 noyabr 1965-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1982-ci ildə Şəki şəhər 5 №-li orta məktəbinin səkkizinci sinfini bitirib.

1982 – 1986-cı illərdə Şəki Pedaqoji Texnikumunda,

1987 – 1992-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti),

2007-ci ildən sonra əvvəl Kinqsboro ictimai kollecində (Nyu-York, ABŞ) bakalavr pilləsi üzrə, sonra isə Turo kollecində (Nyu-York, ABŞ) magistr pilləsi üzrə təhsil alıb.

Diaspor fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2008 – 2015-cı illərdə ABŞ Azərbaycan İcmasında həftəsonu məktəbində uşaqlara könüllü olaraq azərbaycan dili dərsi deyib.

2013-cü ildə Azərbaycan–Amerika Qadın Cəmiyyətini yaradıb.

2013 – 2019-cu illərdə Nyu-Yorkda fəaliyyət göstərmiş “Nyu-York Azərbaycan Evi”nin təsisçisi və sahibi olub.

Jurnalistlik fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2011 – 2013-cı illərdə “Radio Türküm” internet radiosunda həftədə iki dəfə Azərbaycan saatının aparıcısı olub. Həmçinin, müxtəlif vaxtlarda Palitra.az saytında “Uzaqdakı yaxınlar” rubrikası altında yazıları dərc olunub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, bir oğlu və bir qızı var.

Qardaşı Nəsib Kaşıyev Birinci Qarabağ müharibəsində – Şuşada şəhid olub.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Azərbaycanlı qadın Amerika filmində - FOTO : [arx. 10 Nov 2020 - 18 Jan 2021] // Baku.ws. — Müraciət tarixi: 18.01.2022.

Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...