Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Nəsib Kaşıyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nəsib Kaşıyev
Kaşıyev Nəsib Nadir oğlu
Nəsib Kaşıyev
Nəsib Kaşıyev.
Doğum tarixi 7 iyul 1958(1958-07-07)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 5 fevral 1992 (33 yaşında)
Vəfat yeri Şuşa, Şuşa rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Hərbi fəaliyyəti
Xidmət illəri 1991−1992
Rütbə 1.AzLF-PV.png sıravi
Döyüşlər Gülablı (Ağdam rayonu), Daşaltı (Şuşa rayonu) və Şuşa şəhərinin müdafiəsi

Nəsib Kaşıyev (1958–1992) — Birinci Qarabağ müharibəsi şəhidi. 7 iyul 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olmuşdur. 1991 − 1992-ci illərdə könüllü olaraq I Qarabağ müharibəsində iştirak etmiş, Ağdam rayonunun Gülablı, Şuşa rayonun Daşaltı kəndlərinin müdafiəsi uğrunda döyüşlərdə vuruşmuşdur. Daha sonra Rəhim Qazıyevin yaratdığı və 31 yanvar 1992-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində qeydiyyatdan keçirdiyi 109 nəfərlik könüllülər dəstəsinin tərkibində Şuşanın müdafiəsinə yollanıb. 1992-ci il fevral ayının 4-dən 5-nə keçən gecə, həmin 109 nəfərin arasında olan Emin Məmmədov adlı bir xain, Rəhim Qazıyevi kazarmada yatdığı yerdə öldürmək üçün onun çarpayısını gülləboran etmiş, 8 nəfər könüllünü, ö cümlədən, Nəsib Kaşıyevi öldürmüş, 6 nəfəri, o cümlədən, Rəhim Qazıyevi isə yaralanmışdır.

Nəsib Kaşıyev Şəki Şəhidlər xiyabanında dəfn edilib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Qaffarov A., Əmrahov M., İsmayılova G., Mirzəyeva S., Salamov A., Paşayev İ., Süleymanov B., Həmidli T. Ana görüşə tələsir // Şəki qartalları / M.İ.Əmrahov . — Bakı: “Hüquq ədəbiyyatı”. — Səhifələrin sayı:  424. — Səh.: 187-188. — (Ş 4702060206–001/h 062–98).