Mirqasım Ocaqov

Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış həkiml...' ilə yarat) tərəfindən edilmiş 00:35, 10 dekabr 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Mirqasım Ocaqov (1898–1964) — sovet dövründə Şəkidə vərəm dispanserinin baş həkimi vəzifəsində çalışmış tanınmış şəxs, Azərbaycan SSR əməkdar həkimi. Tanınmış kinorejissor Rasim Ocaqovun atasıdır.

Mirqasım Ocaqov
Ocaqov Mirqasım Ağababa oğlu
Mirqasım Ocaqov
Mirqasım Ocaqov.
Doğum tarixi 15 sentyabr 1898(1898-09-15)
Doğum yeri Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 7 dekabr 1964 (66 yaşında)
Vəfat yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat səbəbi qısa sürən xəstəlik
Dəfn yeri Məhəmməd əfəndi qəbiristanlığı, Nuxa (indiki Şəki)
Həyat yoldaşı Samiyə Ocaqova
Uşağı Rasim Ocaqov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili Azərbaycan Dövlət Universiteti, tibb fakültəsi (–1926)
Mükafatları "Azərbaycan SSR əməkdar həkimi" fəxri adıSəhiyyə əlaçısı (SSRİ)
"Şərəf Nişanı" ordeni"Şərəf Nişanı" ordeni"Qafqazın müdafiəsinə görə" medalı

Haqqında məlumatlar

15 sentyabr 1898-ci ildə Lənkəranda anadan olub.

Təhsili

1920-ci ildə Lənkəran gimnaziyasını,

1926-cı ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirib.

Əmək fəaliyyəti

 
Hərbi sənədlərindəki gənclik şəkli.

1920-ci ildə gimnaziyanı bitirdikdən sonra bir müddət Masallıda ibtidai məktəbdə dərs deyib.

1926-cı ildə bir müddət Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində işləyib. Sonra Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı əvvəlcə onu ağ ciyər xəstəlikləri sahəsində ixtisaşması üçün Yaltadakı vərəm institutuna altıaylıq ezamiyyətə,

1927-ci ildə isə Nuxaya işləməyə göndərib. Bundan az müddət sonra Nuxa vərəm dispanserinə baş həkim təyin olunub. Bir müddət həm də Nuxa şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində də çalışıb.

Təltif və mükafatları

Siyasi aktivliyi

1943-cü ildən Kommunist partiyasının üzvü idi.

1948, 1951, 1957, 19591961-ci illərdə şəhər Sovetinin deputatı seçilib.

Vəfatı

7 dekabr 1964-cü il tarixdə – 66 yaşında, qısa sürən xəstəlikdən sonra Nuxada vəfat edib. Nuxadakı Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.

8 dekabr tarixdə Nuxada çıxan “Lenin bayrağı” qəzetində vəfatı münasibəti ilə yoldaşlarından bir qrupu adından nekroloq, həmçinin Nuxa şəhər partiya komitəsi və Nuxa şəhər Sovetinin icraiyyə komitəsi adından başsağlığı dərc olunub.

Ədəbiyyat

  1. Оджагов Миркасум Агабаба : [arx. 09.12.2022] : [rus.] // Память Народа. — Müraciət tarixi: 10.12.2022.
  2. M.A.OCAQOV = М.А.ОҸАГОВ // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1964. — В. 8 dekabr. — № 144 (441). — Səh. 4.
  3. Mete Ə. Kino ustası // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 498. — 500 nüsx.