Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Mirqasım Ocaqov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:41, 28 yanvar 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Mirqasım Ocaqov
Ocaqov Mirqasım Ağababa oğlu
Mirqasım Ocaqov
Mirqasım Ocaqov.
Doğum tarixi 15 sentyabr 1898(1898-09-15)
Doğum yeri Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 7 dekabr 1964 (66 yaşında)
Vəfat yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat səbəbi qısa sürən xəstəlik
Dəfn yeri Məhəmməd əfəndi qəbiristanlığı, Nuxa (indiki Şəki)
Həyat yoldaşı Samiyə Ocaqova
Uşağı Rasim Ocaqov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili Azərbaycan Dövlət Universiteti, tibb fakültəsi (–1926)
Mükafatları "Azərbaycan SSR əməkdar həkimi" fəxri adıSəhiyyə əlaçısı (SSRİ)
"Şərəf Nişanı" ordeni"Şərəf Nişanı" ordeni"Qafqazın müdafiəsinə görə" medalı

Mirqasım Ocaqov (1898–1964) — sovet dövründə Şəkidə vərəm sanatoriyasının baş həkimi vəzifəsində çalışmış şəxs, Azərbaycan SSR əməkdar həkimi. Tanınmış kinorejissor Rasim Ocaqovun atasıdır.

Haqqında məlumatlar

15 sentyabr 1898-ci il tarixdə Lənkəranda anadan olub.

Təhsili

1920-ci ildə Lənkəran gimnaziyasını,

1926-cı ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirib.

Əmək fəaliyyəti

Hərbi sənədlərindəki gənclik şəkli.

1920-ci ildə gimnaziyanı bitirdikdən sonra bir müddət Masallıda ibtidai məktəbdə dərs deyib.

1926-cı ildə bir müddət Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində işləyib. Sonra Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı əvvəlcə onu ağ ciyər xəstəlikləri sahəsində ixtisaşması üçün Yaltadakı vərəm institutuna altıaylıq ezamiyyətə,

1927-ci ildə sə Nuxaya işləməyə göndərib.

1929-cu ildə yeni istifadəyə verilən Nuxa vərəm dispanserinə baş həkim təyin olunub[1]. Eyni zamanda bir müddət həm də Nuxa şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində də çalışıb.

Təltif və mükafatları

İctimai-siyasi aktivliyi

1943-cü ildən Kommunist partiyasının üzvü idi.

1948, 1951, 1957, 19591961-ci illərdə Nuxa şəhər Sovetinin deputatı seçilib.

Vəfatı

7 dekabr 1964-cü il tarixdə – 66 yaşında, qısa sürən xəstəlikdən sonra Nuxada vəfat edib. Nuxada Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.

8 dekabr 1964-cü il tarixdə Nuxada çıxan “Lenin bayrağı” qəzetində vəfatı münasibəti ilə yoldaşlarından bir qrupu adından nekroloq, həmçinin Nuxa şəhər partiya komitəsi və Nuxa şəhər Sovetinin icraiyyə komitəsi adından başsağlığı dərc edilib.

İstinadlar

Ədəbiyyat

  1. Оджагов Миркасум Агабаба : [arx. 09.12.2022] : [rus.] // Память Народа. — Müraciət tarixi: 10.12.2022.
  2. M.A.OCAQOV = М.А.ОҸАГОВ // Məhyəddin Abbasov (redaktor) Lenin bayrağı : qəzet. — Nuxa: Nuxa mətbəəsi, 1964. — В. 8 dekabr. — № 144 (441). — Səh. 4.
  3. Mete Ə. Kino ustası // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 498. — 500 nüsx.
  4. Abbasov İ. Mirzə Abcabbarın sərgüzəştləri : [arx. 09.12.2022] // [Ədalət https://www.adalet.az/]. — Müraciət tarixi: 09.12.2022.
  5. Əsədov Q. Şəki səhiyyəsi sovet hakimiyyəti dövründə // Şəki və onun təbabət tarixi. — Bakı: Qanun, 2016. — 500 nüsx. — ISBN 978-9952-36-282-4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 9 dekabr 2022.