Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Namiq Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:21, 16 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Namiq Əhmədov
Namiq Əhmədov
Namiq Əhmədov.
Doğum tarixi 23 iyun 1949 (1949-06-23) (73 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Namiq Əhmədov — fizika-riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun nəzəri fizika şöbəsinin baş elmi işçisi.

Haqqında məlumatlar

23 iyun 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1956 – 1966-cı illərdə Nuxa şəhər 12 saylı orta məktəbində, təhsil alıb.

1966 – 1971-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində,

1972 – 1975-ci illərdə əvvəl S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin, sonra isə SSRİ EA Bioüzvü Kimya İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1976-cı ildə “Oliqopeptidlərin nəzəri konformasiya analizi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1984-cü ildə molekulyar biologiya ixtisası üzrə dosent elmi adını alıb.

1991-ci ildə “Peptid hormonların quruluş-funksiya təşkili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2007-cu ildə biofizika ixtisası üzrə professor elmi adını alıb.

260-dan çox elmi əsərin müəllifidir.

Əmək fəaliyyəti

1971 – 1972-ci illərdə təyinatla Azərbaycan SSR EA Fizika İnstitutunda işləyib.

1975-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində işləyir; o cümlədən,

1975 – 1978-ci illərdə universitetin molekulyar biofizika elmi-tədqiqat laboratoriyasında mühəndis,

1978 – 1994-cı illərdə böyük elmi işçi vəzifəsini tutmuş,

2006-ci ildən isə universitetin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun nəzəri fizika şöbəsində baş elmi işçisi olmuşdur.

müxtəlif illərdə universitetin molekulyar fizika elmi-tədqiqat laboratoriyasında müxtəlif vəzifələr tutmuş,

İkinci iş yerləri

1976-cı ildən Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Namiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 197 – 198. — 1.000 nüsx.
  2. "Namiq Abduləvvəl oğlu Əhmədov". http://ipp.bsu.edu.az/ (azərb.). Bakı Dövlət Universiteti. 7 Jul 2011 – 28 Jan 2020 tarixində arxivləşdirilib.