Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Namiq Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:31, 16 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Namiq Əhmədov
Əhmədov Namiq Abduləvvəl oğlu
Namiq Əhmədov
Namiq Əhmədov.
Doğum tarixi 23 iyun 1949 (1949-06-23) (73 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi fizika-riyaziyyat
İş yeri Bakı Dövlət Universiteti, Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu, nəzəri fizika şöbəsi (baş elmi işçisi)
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1966–1971)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, aspirantura və SSRİ EA Bioüzvü Kimya İnstitutu, aspirantura (1972–1975).
Mükafatları "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Namiq Əhmədov — fizika-riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun nəzəri fizika şöbəsinin baş elmi işçisi.

Haqqında məlumatlar

23 iyun 1949-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1956 – 1966-cı illərdə Nuxa şəhər 12 saylı orta məktəbində,

1966 – 1971-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində,

1972 – 1975-ci illərdə isə əvvəl S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin, sonra isə SSRİ EA Bioüzvü Kimya İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1976-cı ildə “Oliqopeptidlərin nəzəri konformasiya analizi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1984-cü ildə molekulyar biologiya ixtisası üzrə dosent elmi adını alıb.

1991-ci ildə “Peptid hormonların quruluş-funksiya təşkili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2007-cu ildə biofizika ixtisası üzrə professor elmi adını alıb.

260-dan çox elmi əsərin müəllifidir.

Əmək fəaliyyəti

1971 – 1972-ci illərdə təyinatla Azərbaycan SSR EA Fizika İnstitutunda işləyib.

1975-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində işləyir; o cümlədən,

1975 – 1978-ci illərdə universitetin molekulyar biofizika elmi-tədqiqat laboratoriyasında mühəndis,

1978 – 1994-cı illərdə böyük elmi işçi vəzifəsini tutmuş,

2006-ci ildən isə universitetin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun nəzəri fizika şöbəsində baş elmi işçi olmuşdur.

İkinci iş yerləri

1976-cı ildən Azərbaycan Dövlət Universitetində/Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Namiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 197 – 198. — 1.000 nüsx.
  2. "Namiq Abduləvvəl oğlu Əhmədov". http://ipp.bsu.edu.az/ (azərb.). Bakı Dövlət Universiteti. 7 Jul 2011 – 28 Jan 2020 tarixində arxivləşdirilib.