Nazim Hacıyev (1924–1962) — görkəmli dövlət xadimi, Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi; 1940-cı illərin ikinci yarısından 1960-cı illərin əvvəllərinədək Azərbaycan SSR-də yüksək komsomol və partiya vəzifələrində çalışmış, həmçinin, ÜLKGİ MK-nın büro üzvü, Sov.İKP MK-da məsul təşkilatçı və sektor müdiri olmuşdur.

Nazim Hacıyev
Hacıyev Nazim Məmmədiyə oğlu
Nazim Hacıyev
Nazim Hacıyev.
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyun 1924(1924-06-06)
Doğum yeri Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 30 iyul 1962 (38 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ
Həyat yoldaşı Bədəlova Ziba Səttar qızı
Uşaqları Aydın Hacıyev, Fuad Hacıyev
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1940–1941; 1944–1948)

Haqında məlumatlar Vizual/Mobil redaktə

6 iyun 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1940-cı ildə Nuxada peşə məktəbini bitirib.

1940 – 1941 və 1944 – 1948-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1941 − 1943-cü illərdə, müxtəlif vaxtlarda “Nuxa fəhləsi” qəzetində ədəbi işçi, Huxa şəhər 12 №-li orta məktəbində dil və ədəbiyyat müəllimi, Baş Küngüt kənd orta məktəbində dərs hissə müdiri, Nuxa rayon xalq maarifi şöbəsində metodist vəzifəsində çalışıb.

1943 − 1944-cü illərdə “Nuxa fəhləsi” qəzetinin məsul katibi olub.

1944 − 1947-ci illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında işləyib.

1947 − 1950-ci illərdə Bakı şəhər Komsomol Komitəsinin katibi,

1950 − 1952-ci illərdə, əvvəl Azərbaycan KP Bakı Şəhər Komitəsinin təbliğat şöbəsində təlimatı, sonra isə Azərbaycan Dövlət Tibb İnstitutunda partiya komitəsinin katibi olub.

1951-ci ildə Azərbaycan LKGİ-nın XIX qurultayında LKGİ MK-nın katibi,

1952-ci ildə isə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilib.

1956 − 1958-ci illərdə Azərbaycan KP MK-nın elm və təhsil şöbəsinin müdiri,

1958-ci ildən isə Sov.İKP MK-nın əvvəlcə məsul təşkilatçısı, sonra isə sektor müdiri,

1960-cı ildə Azərbaycan KP MK-nın ideoloji işlər üzrə katibi olub.

Digər fəaliyyəti Vizual/Mobil redaktə

1952-ci ildə keçirilmiş ÜİK(b)P-nin XIX qurultayında[1],

1956-cı ildə keçirilmiş Sov.İKP-nin XX qurultayında Azərbaycan SSR-i təmsil edən nümayəndələrdən biri olub.

1956-ci ildə ÜLKGİ MK-nın büro üzvü seçilib.

Vəfatı Vizual/Mobil redaktə

30 iyul 1962-ci il tarixdə – 38 yaşında, Bakıda vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub[2].

Xatirəsi Vizual/Mobil redaktə

Bakıda (keçmiş 6-cı Alatava küçəsi) və Şəkidə adına küçə var.

Sovet dövründə Şəkinin mərkəzi istirahət klubu, Şəki rayonunun İnçə kəndində sovxoz və Baş Küngüt kəndində orta məktəb onun adını daşıyıb.

2000 və 2009-cu illərdə oğlu Aydın Hacıyevin atası haqqında yazdığı “Hər şeyi başa düşmək, lakin bağışlamamaq” (rus.: «Все понять, но не всепростить») adlı kitabı çap olunub.

2019-cu ildə “Aranfilm” Yaradıcılıq Mərkəzində Nazim Hacıyevin həyatından bəhs edən “Bir qəsdin tarixi” sənədli filmi istehsal edilmişdir.[3]

6 iyun 2024-cü il tarixdə – anadan olmasının 100-cü ildönümü günündə, AMEA Şəki Regional Elmi MərkəzininŞəki Ensiklopediyasının təşkilatçılığı ilə Şəkidəki Çingiz Mustafayev adına klubda xatirə gecəsi keçirilib. Tədbirin təşəbbüskarı və sponsoru AMEA Şəki Regional Elmi Mərkəzinin ekoloji biofizika şöbəsinin elmi işçisi Xəyal Vəlibəyov idi.

Əsərləri Vizual/Mobil redaktə

  1. Гаджиев Н. М. Из практики работы по интернациональному воспитанию трудящихся. — М.: Знание, 1961. — 36 с. — 2000 экз.
  2. Гаджиев Н. М. Французские встречи: [Путевые заметки участника Делегации советской молодёжи во Францию в 1955 г.]. — Баку: Детюниздат, 1956. — 130 с. — 6000 экз.

Video Vizual/Mobil redaktə

İstinadlar Vizual/Mobil redaktə

  1. "Делегаты XIX съезда ВКП(б) 5—14.10.1952". Справочник по истории Коммунистической партии и Советского Союза 1898—1991. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-18.
  2. "Fəxri Xiyabanda dəfn olunanlar". Azerbaijan.az. 2012-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-18.
  3. Эльмира Ахундова (06.06.2019). "Смертельная схватка Анастаса Микояна и Назима Гаджиева" (русский). 1news. İstifadə tarixi: 2019-06-06.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Гаджиев Назим Мамедия оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 312-314. — 1.000 nüsx.
  2. Şəkidə dövlət xadiminin 100 illiyi qeyd olunub : [arx. 08.06.2024] // Mədəniyyət qəzeti. — 2024. — 8 iyun. — Müraciət tarixi: 08.06.2024.
  3. Празднование столетия: в Шеки чтут наследие Назима Гаджиева : [arx. 08.06.2024] : [rus.] // Turan. — 2024. — 8 июня. — Müraciət tarixi: 08.06.2024.