Nazim Rəsulov — tanınmış keçmiş hərbçi, Qarabağ qazisi və polis işçisi. Birinci Qarabağ müharibəsində Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun (1952–1990) şəhid olduğu döyüşdə onunla çiyin-çiyinə vuruşmuş, Mikayıl Cəbrayılovun şəhid olmasından sonra onun meyitini qorumuş və düşmənin əlinə keçməsinə imkan verməmişdir.

Nazim Rəsulov
Rəsulov Nazim Rəsul oğlu
Nazim Rəsulov
Nazim Rəsulov, 2024.
Doğum tarixi 28 iyul 1968 (1968-07-28) (55 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • C.Naxçıvanski adına hərbi məktəb (1982–1985)

 • Şəki Texnologiya Texnikumunu, gömrükxana işi və hüquq şöbəsi (1998–2001)
Hərbi fəaliyyəti
Döyüşlər Qarabağ döyüşləri (1990–1994)
facebook səhifəsi

Haqqında məlumatlar

28 iyul 1968-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili

1975 – 1982-ci illərdə Şəki şəhər 19 №-li orta məktəbində,

1982 – 1985-ci illərdə C.Naxçıvanski adına hərbi məktəbdə,

1998 – 2001-ci illərdə Şəki Texnologiya Texnikumunun gömrükxana işi və hüquq şöbəsində təhsil alıb.

Hərbi xidmətdə

1986 – 1988-ci illərdə həqiqi hərbi xidmətdə olub.

1990 – 1994-cü illərdə Qarabağ döyüşlərində iştirak edib.

Əmək fəaliyyəti

1989-cu ilin mart ayından Azərbaycan SSR DİN Şəki şəhər Milis Şöbəsində milis nəfəri,

1990 – 2002-ci il tarixlərində Şəki şəhər rayon milis/polis şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasının rəisi,

2002 – 2016-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şimal Qərb Bölgəsi üzrə regional şöbəsinin dəftərxana rəisi vəzifəsində çalışıb.

22 dekabr 2016-cı il tarixdə öz xahişi ilə DİN-dən təqaüdə çıxıb.

Digər

Sərbəst güləş üzrə idman ustalığına namizəddir.