Nicat Əhmədov — fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin maddə quruluşu kafedrasının müəllimi.

Nicat Əhmədov
Əhmədov Nicat Faiq oğlu
Nicat Əhmədov
Nicat Əhmədov.
Doğum tarixi 31 yanvar 1971 (1971-01-31) (53 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Bakı Dövlət Universiteti, maddə quruluşu kafedrası (müəllim)
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti/M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, fizika fakültəsi (1987–1992)

 • M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, maddə quruluşu kafedrası, əyani aspirantura (1993–1996)
Atası Faiq Əhmədov
Elmi rəhbəri prof. E.Ə.Məsimov

Haqqında məlumatlar

31 yanvar 1971-ci il tarixdə Bakıda anadan olub.

Təhsili

1987-ci ildə Bakı şəhər 244 №-li orta məktəbini bitirib.

1987 – 1992-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin fizika fakültəsində,

1993 – 1996-cı illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin maddə quruluşu kafedrasının əyani aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1995-cı ildə professor E.Ə.Məsimovun rəhbərliyi altında “Beyin peptidləri molekullarının quruluş təşkili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 30-dan artıq elmi məqalənin və 1 kitabın müəllifidir.

Əmək fəaliyyəti

1992-ci ildən Bakı Dövlət Universitetinin maddə quruluşu kafedrasında işləyir; o cümlədən,

1992 – 1996-cı illərdə baş laborant,

1996-cı ildən isə müəllim vəzifəsində çalışır.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Nicat // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 203-204. — 1.000 nüsx.
  2. Əhmədov Nicat Faiq oğlu : [arx. 11 May 2010 - 24 Feb 2020] // Bakı Dövlət Universiteti, fizika fakültəsi. — Müraciət tarixi: 17.10.2021.