Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Faiq Əhmədov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Faiq Əhmədov
Əhmədov Faiq Abduləvvəl oğlu
Faiq Əhmədov
Faiq Əhmədov.
Doğum tarixi 16 oktyabr 1940(1940-10-16)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 15 fevral 2011 (70 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
İş yeri Bakı Dövlət Universiteti, optika və molekulyar fizika kafedrası (kafedranın müdiri)
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika-riyaziyyat fakültəsi (1957–1962)

 • M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, aspirantura(1962–1965)
Uşaqları Sahir və Nicat
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2009

Faiq Əhmədov (1940–2011) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, Bakı Dövlət Universitetinin optika və molekulyar fizika kafedrasının müdiri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

16 oktyabr 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1957-ci ildə Nuxa şəhər 12 №-li orta məktəbini bitirib.

1957 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində,

1962 – 1965-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1966-cı ildə “Kristallaşan polimerlərin mexaniki xassələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını,

1992-ci ildə isə “Quruluş xüsusiyyətlərini nəzərə alaraq makromolekulyar sistemlərdə relaksasiya keçidlərinin tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

100-dən artıq elmi məqalənin və 12 kitabın müəllifidir.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1966-cı ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/Bakı Dövlət Universitetinin optika və molekulyar fizika kafedrasında işləyib; o cümlədən,

1966-cı ildən müəllim,

1969-cu ildən baş müəllim,

1971-ci ildən dosent,

1993-cü ildən professor,

1996-cı ildən kafedranın müdiri vəzifəsini tutub.

Digər[redaktə | HTML redaktə]

ASE-də 150-dən artıq məqalənin müəllifidir.

Bakı Dövlət Universitetinin İxtisaslaşmış Müdafiə Şurasının üzvü olub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

15 fevral 2011-ci il tarixdə – 70 yaşında, Bakıda vəfat edib. Şəkidə – Dağ dibi qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əhmədov Faiq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 197. — 1.000 nüsx.
  2. Əhmədov Faiq Abduləvvəl oğlu : [arx. 7 Jul 2011 - 3 Aug 2020] // Bakı Dövlət Universiteti, fizika fakültəsi. — Müraciət tarixi: 16.10.2021.
  3. Əhmədov Faiq Abduləvvəl oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 263. — ISBN 978-9952-441-13-0.