Nicat Əhmədov
Nicat Əhmədov — fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin maddə quruluşu kafedrasının müəllimi.
Nicat Əhmədov | |
---|---|
Əhmədov Nicat Faiq oğlu | |
Nicat Əhmədov. | |
Doğum tarixi | 31 yanvar 1971 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Bakı Dövlət Universiteti, maddə quruluşu kafedrası (müəllim) |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti/M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, fizika fakültəsi (1987–1992) • M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, maddə quruluşu kafedrası, əyani aspirantura (1993–1996) |
Atası | Faiq Əhmədov |
Elmi rəhbəri | prof. E.Ə.Məsimov |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
31 yanvar 1971-ci il tarixdə Bakıda anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1987-ci ildə Bakı şəhər 244 №-li orta məktəbini bitirib.
1987 – 1992-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində/M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin fizika fakültəsində,
1993 – 1996-cı illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin maddə quruluşu kafedrasının əyani aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti Vizual/Mobil redaktə
1995-cı ildə professor E.Ə.Məsimovun rəhbərliyi altında “Beyin peptidləri molekullarının quruluş təşkili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 30-dan artıq elmi məqalənin və 1 kitabın müəllifidir.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1992-ci ildən Bakı Dövlət Universitetinin maddə quruluşu kafedrasında işləyir; o cümlədən,
1992 – 1996-cı illərdə baş laborant,
1996-cı ildən isə müəllim vəzifəsində çalışır.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Məmmədov Ə., Xalıqov F. Əhmədov Nicat // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 203-204. — 1.000 nüsx.
- Əhmədov Nicat Faiq oğlu : [arx. 11 May 2010 - 24 Feb 2020] // Bakı Dövlət Universiteti, fizika fakültəsi. — Müraciət tarixi: 17.10.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |