Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Nurəddin Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 16:57, 10 avqust 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nürəddin Mustafayev
Mustafayev Nürəddin Elyaz oğlu
Nurəddin Mustafayev.jpg
Nürəddin Mustafayev, 1983-cü il
bayraqAzərbaycan KP MK, inspektorbayraq
 — 9 aprel 1980
bayraqAzərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin birinci katibibayraq
9 aprel 1980 — 7 dekabr 1983
Sələfi Sadıq Murtuzayev
Xələfi Hadi Rəcəbli
bayraqAzərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibibayraq
7 dekabr 1983 — yanvar 1989
Sələfi Kamran Rəhimov
Xələfi Heydər İsayev
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1942 (1942-10-18) (81 yaş)
Təhsili

K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyası

Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası

Moskva Beynəlxalq Universiteti

Nürəddin Mustafayev – Azərbaycan sovet partiya və dövlət xadimi; 1983 – 1989-cu illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin birinci katibi və eyni zamanda Azərbaycan KP MK-nın büro üzvü olmuş, müxtəlif illərdə SSRİ Ali Sovetinə, Azərbaycan SSR Ali Sovetinə, Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.

Haqqında məlumatlar

7 dekabr 1942-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunda anadan olub.

1947-ci ildə ailəsi Azərbaycan SSR-in Kirovabad şəhərinə köçüb.

Təhsili

Kirovabad şəhər dəmir yol orta məktəbini (qızıl medalla),

K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasını,

Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını,

Moskva Beynəlxalq Universitetini bitirib.

Əmək fəaliyyəti

1980-cı ilədək Azərbaycan SSR Kənd təsərrüfatı Nazirliyində, Azərbaycan SSR Nazirlər Sovetində, Azərbaycan KP MK-da müxtəlif vəzifələrdə çalışıb.

1980 – 1983-cü illərdə Azərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin birinci katibi,

1983 – 1989-cu illərdə isə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi və eyni zamanda Azərbaycan KP MK-nın büro üzvü olub.

Ailəsi

Evlidir, 4 oğul, 1 qız atasıdır. 8 nəvəsi və 1 nəticəsi var.

Aidiyyəti linklər

Naxçıvan Kommunist Partiyasının diyar - vilayət - respublika komitəsi Şablon:Yaxşı məqalə