Nurəddin Mustafayev
Nurəddin Mustafayev — Azərbaycan sovet partiya və dövlət xadimi; müxtəlif illərdə Azərbaycan KP Şəki Şəhər Komitəsinin, Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın büro üzvü, həmçinin, Azərbaycan SSR Ali Sovetinin, SSRİ Ali Sovetinin və Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.
Nurəddin Mustafayev | |
---|---|
Mustafayev Nurəddin Elyaz oğlu | |
![]() | |
Nurəddin Mustafayev, 2019-cu il. |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
18 oktyabr 1942-ci il tarixdə Ermənistan SSR-in Basarkeçər rayonunun Qaraiman kəndində anadan olub.
1947-ci ildə ailəsi ilə birlikdə Azərbaycan SSR-in Kirovabad (indiki Gəncə) şəhərinə köçüblər.
Təhsili Vizual/Mobil redaktə
Kirovabad şəhər dəmir yol orta məktəbini qızıl medalla bitirib.
1963 – 1969-cu illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında və Moskva Beynəlxalq Münasibətlər Universitetində,
1975 – 1976-cı illərdə isə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1980-cı ilədək Azərbaycan SSR Kənd təsərrüfatı Nazirliyində, Azərbaycan SSR Nazirlər Sovetində, Azərbaycan KP MK-da müxtəlif vəzifələrdə çalışıb.
1980 – 1983-cü illərdə Azərbaycan KP Şəki Şəhər Partiya Komitəsinin birinci katibi,
1983 – 1989-cu illərdə isə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi olub.
Digər Vizual/Mobil redaktə
1983 – 1989-cu illərdə Azərbaycan KP MK-nın büro üzvü,
1980–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin,
1984 – 1989-cu illərdə isə həm SSRİ Ali Sovetinin və həm də Naxçıvan MSSR Ali Sovetinin deputatı olub.
Ailəsi Vizual/Mobil redaktə
Evlidir, 4 oğul, 1 qız atasıdır. 8 nəvəsi və 1 nəticəsi var.
Həmçinin, bax: Vizual/Mobil redaktə
Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.
Aidiyyəti linklər Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
...
...