Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

"Nurməmməd Quliyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 47: Sətir 47:
  
 
===Əmək və xidməti fəaliyyəti===
 
===Əmək və xidməti fəaliyyəti===
1920 – 1924-cü illərdə bir sıra idarələrdə işləyib.
+
1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk aylarından Nuxada milis şöbəsinin və yoxsullar şöbəsinin katibi olub. Sonra bir müddət Vartaşen (indiki Oğuz) kənd Sovetində, Azərbaycan {{K(b)P}} [[Nuxa qəzası|Nuxa qəza]] komitəsində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra Nuxa sanatoriyyasının təsərrüfat müdiri olub.
 
+
                                                                         
1924 – 1930-cu illərdə əvvəlcə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası [[Şəki qəzası|Nuxa/Şəki qəza]] komitəsində, sonra [[Nuxa]] şəhər komitəsində, daha sonra isə [[Zaqatala-Şəki mahalı]] komitəsində  kargüzar, şöbə katibi, ümumi şöbə müdiri, daxili işlər müdiri və məxfi hissə müdiri vəzifələrində çalışıb.
 
 
 
 
1941-ci ildə İrana xidməti ezamiyyətə göndərilib.
 
1941-ci ildə İrana xidməti ezamiyyətə göndərilib.
  

21:51, 16 iyul 2023 versiyası

Nurməmməd Quliyev
Quliyev Nurməmməd Həsən oğlu
Nurməmməd Quliyev.jpg
Nurməmməd Quliyev.
bayraqAzərbaycan SSR Daxili İşlər Nazirliyi baş idarəsinin rəisi və daxili işlər nazirinin müavinibayraq
1954 — ?
bayraqAzərbaycan SSR DTK sədrinin müavinibayraq
1946 — 1954
Şəxsi məlumatlar
Doğum tarixi 1905(1905-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1979(1979-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Fəxri Xiyaban, Bakı
Təltifləri "Şərəf Nişanı" ordeni  — 1942"Qırmızı Ulduz" ordeni

Nurməmməd Quliyev (1905–1979) — Ümumittifaq Səhmdarlar Cəmiyyəti Xarici Turizm İdarəsinin başçısı. Daha əvvəllər Azərbaycan SSR daxili işlər nazirinin müavini, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini və digər məsul vəzifələrdə çalışmışdır.

Haqqında məlumatlar

1905-ci ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxa rabfakını bitirib.

1930-cu ilin sentyabr ayında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Zaqatala-Şəki mahalı komitəsinin qərarı ilə Bakıya – Kənd Təsərrüfatı İnstitutuna oxumağa göndərilsə də, az sonra Baş Siyasi İdarəyə daimi işə götürülməsi ilə əlaqədar olaraq təhsilini davam etdirməmişdir.

Əmək və xidməti fəaliyyəti

1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk aylarından Nuxada milis şöbəsinin və yoxsullar şöbəsinin katibi olub. Sonra bir müddət Vartaşen (indiki Oğuz) kənd Sovetində, Azərbaycan K(b)P Nuxa qəza komitəsində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra Nuxa sanatoriyyasının təsərrüfat müdiri olub.

1941-ci ildə İrana xidməti ezamiyyətə göndərilib.

1943 – 1945-cı illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Təbrizdəki nümayəndəsi, Pəhləvi şəhərində SSRİ Ticarət Nümayəndəliyi rəhbərinin müavini, Qəzvin şəhərində “İransovneft” İran-SSRİ Assosiasiyasında şöbə müdiri, SSRİ-nin Təbrizdəki Baş Konsulluğunda vitse-konsul vəzifələrini tutub.

1945 – 1947-ci illərdə SSRİ-nin Təbrizdəki Baş Konsulluğunda vitse-konsul vəzifəsində çalışıb[1]. Bu illərdə Seyid Cəfər Pişəvəri və Qulam Yəhya ilə birlikdə İran ərazisində yaranmış Azərbaycan Demokratik Respublikasının rəhbərlərindən biri olub. İranda xidmətlərinə görə polkovnik rütbəsi alıb, İranın bir çox görkəmli şəxslərinin həyatını xilas edib Bakıya köçürülməsində yaxından iştirak edib.

1946 – 1954-cü illərdə Azərbaycan SSR DTK sədrinin müavini,

1954-cü ilin yanvr ayından Azərbaycan SSR Daxili İşlər Nazirliyi baş idarəsinin rəisi və eyni zamanda daxili işlər nazirinin müavini[qeyd 1],

1963 – 1979-cu illərdə Ümumittifaq Səhmdarlar Cəmiyyəti Xarici Turizm İdarəsinin başçısı vəzifəsində çalışıb.

Mükafatları

Vəfatı

1979-cu ildə vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub.

Qeydlər

  1. 1955-ci ilin may ayında bu vəzifəyə general-mayor Teymur Bünyadov təyin olunub.

İstinadlar

Ədəbiyyat

  1. Кулиев Нур-Мамед Гасан-оглы : Орден «Знак Почета» : [arx. 23.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 23.07.2021.
  2. НКВД – МВД Азербайджанской ССР : Заместители начальника УНКВД – министра: : [arx. 7 Mar 2011 - 16 Jul 2020] : [rus.] // История отечественных спецслужб и правоохранительных органов. — Müraciət tarixi: 11.10.2021.
  3. КГБ Азербайджанской ССР : Заместители председателя: : [arx. 24 Oct 2010 - 14 Jan 2021] : [rus.] // История отечественных спецслужб и правоохранительных органов. — Müraciət tarixi: 11.10.2021.
  4. Кулиев Нурмамед : [arx. 6 Aug 2016 - 6 Jul 2020] : [rus.] // Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991. — Müraciət tarixi: 23.01.2022.
  5. Авдиев М. М. (составитель) Несгибаемый, как горы // Чекисты Азербайджана. — Баку: Азернешр, 1981. — С. 249-256. — 294 с. — 5,000 экз.
  6. Məmmədov Ə., Xalıqov F. Quliyev Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 341-342. — 1.000 nüsx.
  7. Məmmədov Ə., Xalıqov F. Quliyev Nurməmməd // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 242-243. — 600 nüsx. — ISBN 5-8066-1708-4.