Nəsib Kaşıyev

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 12:04, 29 noyabr 2020 tarixli dəyişiklik

Nəsib Kaşıyev – I Qarabağ müharibəsi şəhidi. 7 iyul 1958-ci il tarixdə Nuxada anadan olmuşdur. 1991 − 1992-ci illərdə könüllü olaraq I Qarabağ müharibəsində iştirak etmiş, Ağdam rayonunun Gülablı, Şuşa rayonun Daşaltı kəndlərinin müdafiəsi uğrunda döyüşlərdə vuruşmuşdur. 31 yanvar 1992-ci il tarixdə yenicə yaranmış və Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş Rəhim Qazıyevin 109 nəfərlik könüllülər dəstəsinin tərkibində Şuşanın müdafiəsinə yollanıb. 1992-ci ilin fevral ayının 4-dən 5-nə keçən gecə, həmin 109 nəfərlik könüllülərin arasında olan Emin Məmmədov adlı bir xain, Rəhim Qazıyevi kazarmada yatdığı yerdə öldürmək üçün onun çarpayısını gülləboran etmiş, 8 nəfər könüllünü, ö cümlədən, Nəsib Kaşıyevi öldürmüş, 6 nəfəri, o cümlədən, Rəhim Qazıyevi isə yaralamışdır.

Nəsib Kaşıyev
Kaşıyev Nəsib Nadir oğlu
Nəsib Kaşıyev
Nəsib Kaşıyev
Doğum tarixi 7 iyul 1958(1958-07-07)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 5 fevral 1992 (33 yaşında)
Vəfat yeri Şuşa, Şuşa rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of the Soviet Union.svg SSRİ
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Hərbi fəaliyyəti
Xidmət illəri 1991 − 1992
Rütbə 1.AzLF-PV.png sıravi
Döyüşlər Gülablı (Ağdam rayonu), Daşaltı (Şuşa rayonu) və Şuşa şəhərinin müdafiəsi

Nəsib Kaşıyevin cənazısi Şəkiyə gətirilmiş, Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ədəbiyyat

Şablon:Yaxşı məqalə