Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Qiymət Məhərrəmli

Şəki Ensiklopediyası materialı
Qiymət Məhərrəmli (müzakirə | redaktələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 19:20, 6 dekabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
......
Qiymət Məhərrəmli
Məhərrəmli Qiymət Məmmədiyə qızı
Qiymət Məhərrəmli
Qiymət Məhərrəmli.

Qiymət Məhərrəmli — filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun Güney Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, şair və publisist.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

2 dekabr 1963-cü il tarixdə Vartaşen rayonunun[qeyd 1] Vərəzət kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1995-ci ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunu bitirib.

1995 – 2000-ci illərdə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin bakalavriatında,

2000 – 2002-ci illərdə isə magistraturasında təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1998 – 2001-ci illərdə “Maarifçi” qəzetində əvvəl şöbə müdiri, sonra isə baş redaktor vəzifəsində çalışıb.

2001 – 2014-cü illərdə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda işləyib; o cümlədən, əvvəl böyük laborant, sonra kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsini tutub.

2014-cü ildən AMEA Folklor İnstitutunun Güney Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisidir.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

2007-ci ildə «Şahin Fazil “Divan”ı və klassik ədəbi ənənələr» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Ədəbi yaradıcılığı[Vizual/Mobil redaktə | HTML redaktə]

1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Azərbaycan dilində 7 şeir kitabı (altısı Bakıda, biri Sankt-Peterburqda), rus dilində (Gürcüstanda) və İranda ərəb əlifbası ilə şeir kitabları çap olunub.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

2008-ci ildən “Elimiz.Günümüz” adlı elmi-ədəbi, mədəni-kütləvi müstəqil qəzetin təsisçisi və baş redaktoru,

2015-ci ildə nəşrə başlayan “Yurd yaddaşı” adlı türkoloji jurnalın redaktorudur.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, 3 oğlu var.

Qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 365-366. — 1.000 nüsx.
  2. ...
  3. ...
  4. Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; “Nurlar”, Bakı - 2011.
  5. Orsər R. Qiymət Məhərrəmli // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 679. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Bildiriş[HTML redaktə]

...