Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Rəşad Rəhimov

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 21:01, 27 dekabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
......
Rəşad Rəhimov
Rəhimov Rəşad Nizaməddin oğlu
Rəşad Rəhimov
Rəşad Rəhimov.

Rəşad Rəhimov — fizika elmləri doktoru, dosent, AMEA Fizika İnstitutunun Aşqarlanmış yarımkeçiricilər laboratoriyasının rəhbəri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

27 dekabr 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1966-cı ildə Nuxa şəhər 11 №-li orta məktəbini,

1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib.

1975 – 1979-cu illərdə Azərbaycan SSR EA Fizika İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1983-cü ildə akademik M.İ.Əliyev və D.H.Araslının rəhbərliyi ilə “(2InSb)1-x(In2GeTe)x bərk məhlullarında elektron və fonon prosesləri” mövzusunda namizədlik dissertasiyasını,

2010-cu ildə isə “III-V qrup yarımkeçirici birləşmələr əsasında bərk məhlullarda və evtektik kompozitlərdə elektron və fonon proseslərin xüsusiyyətləriri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

2006-cı ildə dosent elmi adını alıb.

43-i xaricdə, o cümlədən, 16-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çap edilmiş 125 elmi əsərin müəllifidir.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1977-ci ildə Azərbaycan SSR EA Radiasiya Tədqiqatları İnstitutunda işləməyə başlayıb.

1983-cü ildən Azərbaycan SSR EA/AMEA Fizika İnstitutunda işləyir; o cümlədən, əvvəl elmi işçi, sonra böyük elmi, daha sonra aparıcı elmi işçi,

2021-ci ilin sentyabr ayından isə Aşqarlanmış yarımkeçiricilər laboratoriyasının rəhbəri olub.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 484-485. — 1.000 nüsx.
  2. Fizika İnstitutunun elmlər doktorları : Rəhimov Rəşad Nizaməddin oğlu : [arx. 01.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 01.10.2021.

Bildiriş[HTML redaktə]

...