Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Rasif Abdullayev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Rasif Abdullayev
Abdullayev Rasif Əhmədiyə oğlu
Rasif Abdullayev
Rasif Abdullayev.

Rasif Abdullayev (1948–2021) — tanınmış musiqiçi pedaqoq və muğam ifaçısı. Gənc xanəndələrin yetişməsində xidmətləri olub.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

1 yanvar 1948-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Küngüt kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1959 – 1963-cü illərdə Nuxa şəhər 1 №-li internat məktəbində,

1963 – 1966-cı illərdə Bakıda musiqi təmayüllü internat məktəbdə,

1969 – 1973-cü illərdə Şəki Musiqi Texnikumunda təhsil alıb.

Əmək və musiqiçi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1963 – 1966-cı illərdə Bakıda musiqi təmayüllü internat məktəbdə təhsil alarkən məktəbin bədii özfəaliyyət kollektivinin ən fəal üzvlərindən biri olub.

1966 – 1968-cı illərdə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasınında tarzən Əliağa Quliyevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çıxış edib. Məşhur xanəndələrlə birlikdə Azərbaycanın bir sıra şəhər və rayonlarına qastrol səfərlərinə gedib.

1973 – 1976-cı illərdə Şəki rayonunun Orta Zəyzid kənd mədəniyyət evində əvvəl bədii rəhbər, sonra isə müdir,

1975 – 2012-ci illərdə Şəki musiqi texnikumunda muğam müəllimi vəzifəsində çalışıb.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

20 noyabr 2021-ci il tarixdə Şəkidə Salman Mümtaz küçəsini piyada keçərkən qarşıdan gələn avtomobilin vurması nəticəsində 72 yaşında həlak olub. Dovşan düzü qəbiristanlığında dəfn edilib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Təhmirazqızı S. Rasif Abdullayev // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 202. — 300 nüsx.

Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...